Qurban Qurbanov bu göstəricidə təkdir
Qurban Qurbanov “Qarabağ”la “Neftçi” arasında baş tutan görüşlərdə hər iki komandanın baş məşqçisi, həm də paytaxt təmsilçisinin futbolçusu kimi meydana çıxan yeganə şəxsdir.
Adalet.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yalnız bir baş məşqçi hər iki klubun “sükanı arxasında”, birinin isə futbolçusu kimi Azərbaycan derbisində iştirak edib.
Hər iki klubla futbolçu kimi derbidə iştirak edən üç mütəxəssis bir komandanın baş məşqçisi kimi də bu həyəcanı yaşayıb. Samir Abasov, Tərlan Əhmədov və Arif Əsədov hər iki komandanın futbolçusu, “Neftçi”nin baş məşqçisi kimi derbidə iştirak edib. Əhmədov hər iki komandada qol da vurub.
Dörd futbolçu sonradan baş məşqçi kimi də eyni klubun uğuru üçün derbiyə qatılıb. Əsgər Abdullayev, Samir Əliyev, Füzuli Məmmədov “Neftçi”nin, Elşad Əhmədov “Qarabağ”ın həm futbolçusu, həm də baş məşqçisi kimi derbi həyəcanı yaşayıb.
Qurban Qurbanovla Samir Abasov derbilərdə bir dəfə meydana “Neftçi”dəki komanda yoldaşı kimi çıxıb (13.03.2004. “Qarabağ” – “Neftçi” 1:3).
2006/2007 mövsümündəki iki matçda Qurban Qurbanov “Neftçi”nin baş məşqçisi, Samir Abasov “Qarabağ”ın futbolçusu olub (18.09.2006. “Neftçi” – “Qarabağ” 0:0, 27.04.2007. “Qarabağ” – “Neftçi” 0:2).
2010/2011 mövsümündə Qurban Qurbanov baş məşqçi, Samir Abasov futbolçu kimi “Qarabağ”da 2 derbiyə çıxıb (08.08.2010. “Neftçi” – “Qarabağ” 1:1, 03.04.2011. “Neftçi” – “Qarabağ” 2:0).
Digər Xəbərlər
10 Dekabr 2025 23:42
"Qarabağ" doğma meydanda "Ayaks"a uduzdu
10 Dekabr 2025 16:35
“Qarabağ”ın gəncləri “Ayaks”a 8:0 hesabı ilə uduzdu
10 Dekabr 2025 12:41
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
10 Dekabr 2025 09:48
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
10 Dekabr 2025 09:20
"Qarabağ" bu gün Bakıda "Ayaks"ı qəbul edəcək
09 Dekabr 2025 20:42
“Qarabağ” “Ayaks”la oyuna belə hazırlaşır - VİDEO
09 Dekabr 2025 20:03
Kiberpolisdən “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı əməliyyat - Saxlanılanlar var + VİDEO
09 Dekabr 2025 19:46


Bakı -°C

