“Qusardakı hadisələrin başlıca məqsədi dövlətə inamsızlıq yaratmaq idi”
Daha əvvəl xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir müddət bundan əvvəl Qusarda terrorçu qruplaşmaya qarşı əməliyyat keçirmişdi.
Adalet.az-ın məlumatına görə, bu gün həmin əməliyyat AZTV-nin “Hədəf” verilişində müzakirə mövzusu olub.
Verilişdə qonaq olan təhlükəsizlik orqanının veteranları - Arzu Nağıyev, Azər Qarayev, İlham İsmayıl və Əliheydər Dadaşov Qusarda planlaşdırılan cinayətlərin ifşasını unikal əməliyyat adlandırıblar.
Təhlükəsizlik orqanının veteranları dünyada baş verən geosiyasi hadisələrin də Qusarda baş verən hadisələrə təsir etməsi, ümumiyyətlə bəzi gənclərin xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək cinayətkar fəaliyyətə sövq edilməsi barədə fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, Qusardakı hadisələrin başlıca məqsədi dövlətə inamsızlıq yaratmaq, din pərdəsi altında gizlənib cinayətkar fəaliyyət həyata keçirmək idi.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13


Bakı -°C

