"Qvardiolaya qarşı oynamaqdan bezmişəm" - Ançelotti
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsinin "Mançester Siti" ilə cavab oyunu öncəsi maraqlı zarafat edib.
Adalet.az "Eurosport"a istinadən xəbər verir ki, o, Xosep Qvardiolanın rəhbərlik etdiyi "şəhərlilər"lə qarşılaşmaqdan yorulduğunu deyib:
“Bundan çox yorulmuşam. Qvardiolaya qarşı oynamaqdan yoruldum. Mən hələ də onun fantastik məşqçi olduğunu düşünürəm və şadam ki, bir-birimizi tez-tez görürük. Əslində ikimiz də başa düşürük ki, oyun bizim aramızda deyil, "Mançester Siti" və "Real" arasındadır”.
Qeyd edək ki, sözügedən komandalar arasında cavab oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə "Real" 3:2 hesablı qələbə qazanıb.
Digər Xəbərlər
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32


Bakı -°C

