Daşlar və kondisioner güclü güləkdən marketin divarından yerə düşdü

Bakıda bir neçə gündür ki, hava soyuq keçməklə yanaşı, həm də güclü külək əsir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi öncədən əhaliyə lazımi xəbərdarlığı etmişdi. Bununla bərabər Fövqəladə Hallar Nazirliyi də Bakıdakı küləklə bağlı insanlara maarifləndirtici məlumat vermişdi. Məlum qurum bildirmişdi ki, iri gövdəli ağacların altında insanlar avtomobil saxlamasın, reklam lövhələrinin, yüksək mərtəbəli binalrın yanından keçərkən adamlar ehtiyatlı olsunlar.
Bu xəbərdarlığa baxmayaraq, yenə bəzi insanlar ona əhəmiyyət verməyib, maşınları iri gövdəli ağacların altında saxlayıb və nəticədə güclü külək o ağacları onun altında dayanan maşının üstünə aşırıb. Fevralın 7- də də Yeni Günəşlidə güclü külək əsib və bu dəqiqələrdə güclü külək əsməkdədir.
Möhkəm külək Yeni Günəşli yaşayış sahəsinin " D" massivindəki 13 nömrəli binanın birinci mərtəbəsində yerləşən" OBA" mağazasının çöl divarındakı kondisioneri və divardakı örtük daşları qoparıb yerə salıb. Xoşbəxtlikdən həmin dəqiqələrdə ordan insan keçməyib, əks-təqdirdə həmin daş parçaları kiminsə başına düşə bilərdi.Yerə düşən kondisioner mağaza işçiləri tərəfindən hadisə yerindən götürülsə də , amma daş parçaları hələ də həmin yerdə qalır!
Digər Xəbərlər

Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi

Bakıda binada yanğın: 12 nəfər təxliyə edilib - VİDEO

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı

İki ay öncə yanıq xəsarətləri alan kişi xəstəxanada öldü

Taxtakörpü-Ceyranbatan su kanalında iki nəfər batıb

Yerdə güclü geomaqnit qasırğaları başlayıb

Masazırda fərdi yaşayış evindəki yanğında iki nəfər ölüb - YENİLƏNİB
