“Bu, sülh prosesini pozmaq istəyən terror təşkilatlarının fəaliyyətidir”

“Dünən Xankəndinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın əvvəlcədən gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb şəhərdə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılan zaman 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərməsi fikrimcə, bütövlükdə Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq istəyən qüvvələrin və terror təşkilatlarının fəaliyyətinin tərkib hissələrindən biridir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib.
“Normallaşma prosesini "baltalamaqdan" ötrü Ermənistanda və xarici ölkələrdə onun əleyhinə olan dairələrin bundan sonra da ən radikal addımlara - müxtəlif dövlət və ictimai obyektlərə, dövlət, siyasi və ictimai xadimlərə qarşı terror, sui-qəsd və b. qanlı əməllərə əl atacaqları şübhə doğurmur. Azərbaycan polisi çevik hərəkəti mümkün qanlı hadisənin qarşısını aldı. Yaralanan polisimizə şəfa deiləyirik”, - deyə millət vəkili bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

"Xankəndi tələbələr şəhəri olacaq"

"Bütün Qarabağ, Şərqi Zəngəzur tikinti meydançasıdır" - Dövlət başçısı

İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi

"Hər dəfə deyirdim ki..." - İlham Əliyev

“Karen Avanesyanın özbaşına olaraq gizlədilmiş silahın yerini bilməsi real görünmür”

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Zakir Həsənov Selçuk Bayraktaroğlunu qəbul edib - FOTOLAR
