20 Sentyabr 2025 16:10
94
SİYASƏT

“Azərbaycanla Ermənistan arasında artıq ikitərəfli irəliləyişlər var” - Politoloq

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan tərəfi ilə ümumi anlaşmalarımız var  və bu da imzalanmış Vaşinqton Bəyannaməsində əksini tapıb. Onun sözlərinə görə, iki ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası əsasında maneəsiz və qarşılıqlı fayda əsasında götürüləcək”.

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə Adalet.az-a deyib ki, Ermənistanla Azərbaycan arasında 8-i avqustda Anlaşma Memorandumu imzalanıb və burda heç bir problem yoxdur:

“Bu gün Ermənistan milli təhlükəsizlik xidmətinin rəhbəri Azərbaycana gəlib. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi isə konstitusiya dəyişiləndən sonra mümkün olacaq. Qaldı ki, bunun imzalanmasına gəldikdə isə bu Bakıda da və digər ölkədə də mümkün ola bilər. Düşünürəm ki, sülh istiqamətində çox uzun bir yol gedilib, tərəflər artıq bir çox məsələlərdə razılaşıb. Azərbaycanla Ermənistan arasında artıq ikitərəfli irəliləyişlər var, danışıqlar gedir və bu proses də artıq sonlanacaq”. 

Vasif ƏLİHÜSEYN