“Zəngəzur dəhlizinin işə düşməsi iki ölkənin ortaq maraq dairəsindədir”
“ABŞ Prezidenti Donald Trampın oğlunun Türkiyəyə yarı gizli səfərinin və Cumhurbaşqanı Rəcət Tayyib Ərdoğanla görüşünün mahiyyəti bəlli oldu. Ağ Ev sahibi türkiyəli həmkarını sentyabrın 25-də ABŞ-yə rəsmi səfərə dəvət edib. Görünür, Trampın oğlu Ərdoğanla bu səfərin təfərrüatlarını müzakirə edib. Donald Tramp işadamı kimi Ağ Evə dəvət etdiyi qonaqlardan və ya səfər etdiyi ölkələrdən siyasi və iqtisadi dividentlər əldə etməyə çalışır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Tramp digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də ikitərəfli ticarət sazişinin imzalanmasında maraqlıdır:
“Bundan başqa Tramp Türkiyənin ABŞ istehsalı olan “Boeing” təyyarələrini almasını istəyir. Ərdoğanın da Trampdan qarşılıqlı istəyi var. Ərdoğan Trampla F-16 və F-35 hərbi təyyarələrinin satışıyla bağlı razılaşma əldə etmək istəyir. ABŞ-nin keçmiş administrasiyası Türkiyəyə hərbi təyyarə satmadı. Tramp isə bir işadamı kimi Türkiyəyə hərbi təyyarələrinin satışını müzakirə etməyə hazır görünür. Çünki bu sövdələşmə ABŞ-yə əlavə gəlir saxlayacaq. Prezidentlər Vaşinqtonda regional mövzuları da müzakirə edəcəklər. Tramp Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda artan rolundan narahat deyil, əksinə Zəngəzur dəhlizinin işə düşməsi iki ölkənin ortaq maraq dairəsindədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Dekabr 2025 13:16
Vuçiç İlham Əliyevi təbrik etdi
24 Dekabr 2025 12:23
Xəyanət cəzasız qalmayacaq
24 Dekabr 2025 12:22
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
24 Dekabr 2025 12:22
Putin İlham Əliyevə zəng etdi - YENİLƏNİB
24 Dekabr 2025 12:01
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
24 Dekabr 2025 10:44
AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib
23 Dekabr 2025 17:45
Cevdet Yılmaz Sahibə Qafarova ilə regional prosesləri müzakirə edib - YENİLƏNİB
23 Dekabr 2025 17:28


Bakı -°C

