“Növbəti mərhələdə Fələstinə siyasi və maliyyə yardımları olacaq” - Politoloq
“Fələstin Qərbdə dövlət kimi rəsmən tanınmağa başlayır. Böyük Britaniya, Kanada, Avstraliya Fələstin dövlətini rəsmən tanıdı. Bu, İsrail Baş naziri Benyamin Netanyahunun xarici siyasətinin fiaskosudur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, ona qarşı daxildə güclü təzyiqlər başlayacaq:
“Fələstin dövlətinin Qərb ölkələri tərəfindən tanınması məhz Benmyamin Netanyahunun HƏMAS-ı bəhanə edərək, Qəzzada yaşayış məskənlərinin yer üzündən silinməsi və mülki insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlərdən irəli gəlir. Böyük Britaniya, Fransa Fələstin dövlətini tanıyırsa, növbəti mərhələdə siyasi və maliyyə yardımları olacaq. BMT-də Fələstin dövlətinin rəsmi şəkildə qəbul edilməsi mümkündür. İsrail Baş naziri Benyamin Netanyahunun Fələstinə qarşı hərbi əməliyyatları İsrail dövlətinin təcridinə və yəhudi xalqına qarşı anti-semitizmin formalaşmasına gətirib çıxarır. Fələstin Böyük Britaniyanın mandatında olub. Məhz İngiltərə Fələstin dövlətinin yaranmasına imkan verməmişdi. İngiltərə öz tarixi səhvini düzəldərək Fələstini dövlət kimi tanıdı. İsrail üçün çətin siyasi proseslər başlayır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

