adalet.az header logo
  • Bakı -°C
22 Dekabr 2025 13:03
67
DÜNYA
A- A+

Kreml SSRİ-nin "bərpası" ilə bağlı məlumatları saxta adlandırdı

"Rusiya Federasiyasının SSRİ-nin təsir dairələrini yenidən bərpa etməyi planlaşdırdığına dair yayılan məlumatlar həqiqətə uyğun deyil".

Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Qərb mediasında bu məlumatların ABŞ kəşfiyyatına istinadən yayıldığı iddia olunsa da, həmin informasiyaların nə dərəcədə etibarlı olduğu aydın deyil.

Kreml nümayəndəsi qeyd edib ki, mediada Rusiyanın SSRİ-ni bərpa etmək planları ilə bağlı təqdim olunan məlumatlar kəşfiyyatın yanlış mülahizələr, araşdırmalar və nəticələr ortaya qoyduğu hallar sırasına daxildir.

“Bu, qətiyyən həqiqətə uyğun deyil”, – deyə Dmitri Peskov vurğulayıb.