Tramp-Ərdoğan görüşü dünya mediasının diqqətində
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmaq üçün ABŞ-yə səfəri və Trampla Ağ Evdə planlaşdırdığı kritik görüşü beynəlxalq mətbuatda geniş işıqlandırılıb.
Adalet.az xəbər verir ki, görüş Ankara-Vaşinqton münasibətlərində yeni səhifə kimi şərh edilib.
ABŞ Prezidenti Donald Tramp və Prezident Rəcəb Tayyib Ərdoğan Ağ Evdə baş tutan görüşdə ikitərəfli münasibətləri və Qəzza, Suriya, Ukrayna-Rusiya müharibəsi kimi qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan səfərdən məmnunluğunu ifadə edərkən, Tramp isə Ərdoğanla çoxdankı dostluq münasibətlərinə diqqət çəkib. Təxminən iki saat yarım davam edən görüş müsbət tonda keçib.
Tramp Türkiyənin almaq istədiyi müdafiə sistemləri ilə bağlı müsbət nəticələr əldə ediləcəyinə inandığını dilə gətirib. Mətbuatda yayılan məlumatlara görə, görüşün gündəmində F-35 və F-16 təyyarələri ilə yanaşı, Patriot sistemləri də ön planda olub.
Tramp Ərdoğanın Ukrayna-Rusiya münaqişəsində vasitəçilik potensialını vurğulayıb. CNN İnternational və Sky News kimi xəbər agentlikləri yazır ki, Tramp bu mövzuda Ərdoğana güvəndiyini ifadə edib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Oktyabr 2026 00:00
Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür
28 Oktyabr 2026 23:15
Ərdoğanla Tramp telefonla DANIŞDI – Nələr müzakirə edildi?
28 Oktyabr 2026 20:30
Tokayev Ankaraya gəldi - Ərdoğan qarşıladı
28 Oktyabr 2026 18:32
İspaniyada üçgünlük matəm ELAN OLUNDU
28 Oktyabr 2026 18:10
Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək
28 Oktyabr 2026 17:32
Zelenski üçtərəfli danışıqların vaxtını açıqladı
28 Oktyabr 2026 17:21
İspaniyada sürət qatarları toqquşdu - 64 ölü - YENİLƏNİB - VİDEO
28 Oktyabr 2026 14:01


Bakı -°C

