“İrana qarşı başqa effektiv təsir edə biləcək vasitələrdən istifadə etməlidirlər”
“İran artıq qırx ildir ki, sanksiyalar altındadır. Belə görünür ki, bunun təsirləri də var. İranın beynəlxalq maliyyə sisteminə qoşula bilməməsi, ticarətində beynəlxalq ödəmə sistemindən istifadə edə bilməməsi, neft və digər neft məhsullarını qaçaq yolla həyata keçirməsi tətbiq edilən sanksiyaların nəticəsidir”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O bildirib ki, sanksiyaların tam mənada özünü doğrultması maraqlı məqamdır və şübhəli qalır:
“Çünki Çin, Rusiya və digər dövlətlər var ki, hətta Hindistanın özü belə İranla ticarəti sanksiyalara baxmayaraq davam etdirirlər. Yəni sanksiyaların effekti əvvəlki qədər də çox deyil. O baxımdan düşünürəm ki, İrana tətbiq ediləcək sanksiyalar müəyyən dərəcədə təsir göstərəcək. Amma İranın tamamilə izolyasiyasını həyata keçirməsi düşündürücüdür. Hesab edirəm ki, yaxın vaxtlarda artıq ya Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr, ya da BRİCS-ə daxil olan ölkələrin gələcək bir strategiyası var. Onlar yeni bir maliyyə sistemi tətbiq etməyə çalışırlar. Əgər bunu edə bilsələr, Qərbin maliyyə sistemini sıradan çıxarmış olacaq, yaxud da ki, onun təsir imkanını azalda bilər. Belə olan təqdirdə İran da buna qoşula bilər. Amma hələ ki, İran bu sanksiyalardan istər-istəməz əziyyət çəkir. Düşünmürəm ki, İran nüvə proqramından əl çəkəcək. Bu baxımdan düşünürəm ki, İrana qarşı başqa effektiv təsir edə biləcək vasitələrdən istifadə etməlidirlər. Əks təqdirdə bunun nəticəsi olacağını düşünmürəm”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
31 Oktyabr 2026 11:13
Türkiyə ordusu şəhid verdi
31 Oktyabr 2026 11:07
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
31 Oktyabr 2026 11:00
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
31 Oktyabr 2026 10:56


Bakı -°C

