“Həmin QHT rəhbərlərinə ən ağır cəza verilməlidir”
“Forma müqəddəsdir. Ən müqəddəs isə həmin formanı axıra kimi daşıya biləcək insandır. Söhbət əsil insanlardan gedir, saxta və saxtakarlıq edən və QHT pərdəsi altında dovşan kimi gizlənənlərdən yox. Saxta medallar, saxta müharibə veteranları vəsiqəsi və əvəzində əyani olaraq dövlətdən mənzil, torpaq, avtomobil, dövlətin büdcəsinə misli görünməmiş məbləğdə ziyan vurmaq və bunula da dövləti zəiflətmək , lovğalanmaq, yekələnmək sui-istifadələr”.
Adalet.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Azay Kərimov deyib.
O çıxışına daha sonra bunları əlavə edib:
“İndi bildiniz aylıq 80 manat Veteranpularınızı niyə artırmırlar? çünki “Koroğlular”, “Qəmlolar”, “Aslanlar” “Pələnglər”, 10-cu sinifi qurtarıb kəşfiyyatın nəzəriyyəsini kitabını yazanlar, 20.000 əsil müharibə veteranlarının götünə 60.000 əlavə saxta müharibə veteranları dürtüblər.
QHT adları altında saxta möhürlərlə, vəsiqələrlə bunlar həm də qadınlara aiddi, 44 günlük müharibədə güllə yarası almış əsgərə veteranlıq vəsiqəsi verilmir, amma gecələr hansısa “Koroğlunun” yorğan- döşəyi olan bəzi qadınlar veterandı.
Müxtəlif adlar, birliklər adları altında xərcəng xəstəliyi kimi bütün rayon və qəsəbələrə yayılıblar. Ən əsası onun - bunun haqqını mənimsəyib, öz adlarına yazdırmaq, hətta şəhidlərin haqlarına girmək, ay Manucarovu oğurladım, ay Samveli oğurladım, ay başına pul qoyulub, erməninin pulu vardi bəyəm?
Müharibəyə 1989-cu ildən başlamışam, 28 il 7 ay xidmət etmişəm. Bu dövlətdən hərbi qış buşlatından başqa heç nə götürməmişəm. Nə ev, nə maşın, nə də torpaq, ümümiyyətlə hec nə. Saxtakarlara isə kimliyindən asılı olmayaraq ən ciddi cəzalar verilməlidir. Bütün QHT - lər araşdırılmalı və hamısı bağlanmalıdır. Heç kim də minnət eləməsin. Bu vətənin havasını udursansa, çörəyini yeyirsənsə, torpaq uğrunda özündə vuruşmalısan, oğlun da, qızın da”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Oktyabr 2026 11:31
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
19 Oktyabr 2026 17:38
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
19 Oktyabr 2026 17:30
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
19 Oktyabr 2026 12:48
Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər etdi - Həbs olundu
19 Oktyabr 2026 12:07
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
17 Oktyabr 2026 18:42
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17 Oktyabr 2026 18:06
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
17 Oktyabr 2026 11:41


Bakı -°C

