“Bunu ermənilər bildiyi üçün Suqovuşanda mühüm müdafiə sistemi qurmuşdular”
Xəbər verdiyimiz kimi, bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən beş il ötür. 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.
Məsələylə bağlı Adalet.az-a hərbi ekspert Azad İsazadə azad edilən ərazilərin strateji əhəmiyyətindən danışdı:
“Ümumiyyətlə, Suqovuşan yaşayış məntəqəsi üzərində bir neçə dəfə döyüşlər olub. Söhbət birinci Qarabağ müharibəsindən və atəşkəs pozulanda həmin qəsəbənin ətrafında baş verən döyüşlərdən gedir. Suqovuşan çox strateji əhəmiyyəti olan bir nöqtədir. Suqovuşanın ətrafında vacib yüksəkliklər var və onun nəticəsində daha geniş, böyük əraziyə nəzarət olunurdu. 2016-cı ildə aprel döyüşləri zamanı işğaldan azad edilən Lələ təpə yüksəkliyi də bu cür strateji yüksəklik idi. Çünki Lələ təpədən Cəbrayıl rayonunun əksər əraziləri nəzarət altına düşürdü. Təxminən oxşar ərazilər Suqovuşanda da var. Suqovuşan işğal edildikdən sonra həmin zonanın suvarma problemləri yarandı, çünki qəsəbədə su anbarları var. Bunu ermənilər də bildiyi üçün Suqovuşanda mühüm müdafiə sistemi qurmuşdular. Müdafiə sistemini yarıb keçmək isə vacib əməliyyat idi. Suqovuşanı nəzarətə götürəndən sonra digər nöqtələr zəifləyirdi və onlar arasındakı əlaqələr pozulurdu”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Sentyabr 2026 18:00
ƏDV-dən və gömrük rüsumundan azad edilən malların siyahısı genişləndirilib
08 Sentyabr 2026 17:47
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
08 Sentyabr 2026 17:37
DİN AMERİPOL-da müşahidəçi statusu əldə edib
08 Sentyabr 2026 16:27
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
08 Sentyabr 2026 14:24
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
08 Sentyabr 2026 14:13
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
08 Sentyabr 2026 12:38
Sabah hava necə olacaq?
08 Sentyabr 2026 12:27


Bakı -°C

