Metroda sərnişinin vəziyyəti pisləşdi...
Biz tez-tez metroda və avtobuslarda bəzi sənişinlərin səhhətinin pisləşməsi ilə üzləşirik.Sentabrın 3- də saat 11:30- də metronun " Dərnəgül" stansiyasından " " Həzi Aslanov" hərəkət edən qatarda bir sərnişinin vəziyyəti pisləşdi. " Elmlər akademiyası "na yaxınlaşanda onun vəziyyəti bir qədər də ağırlaşdı. Ona hamı kömək eləmək istəyirdi. Kimi su verirdi, kimi dərman, kimi də onu yelləyirdi.
Və ən çox ona kömək göstərən Çevik Polis Alayının əməkdaşı idi. Təsadüfən o da qatarda idi, polis əməkdaşı xəstə insana hər cür yardım edirdi. Hətta polis əməkdaşı onun yaxşı nəfəs alması üçün ona su verir,dəsmalla tərini silir, sərinlik yaratmaq üçün bütün vasitələrdən istifadə edirdi.Deyirdi ki, əmi bir qədər döz "28 may'" çataq , hər şey yaxşı olacaq! Qatar həmin stansiya çatanda Çevik Polis Alayının əməkdaşı onu qucağına alıb ehmalca stansiyadakı oturacağın üstünə qoydu.
Və orada xidmət aparan polis əməkdaşına dedi ki, əminin səhhəti pisləşib, təcili həkim çağırın! Orada xidmət aparan metropoliten polisi və eləcə də metronun işcisi xəstəy öz qayğısın göstərdi. 70- dən çox yaşı olan kişi isə özünə gələ bilmirdi. Həkimlər gəldilər,ona yardım etdilər və xəstənin səhhəti yaxşılaşdı.
Bizi ən çox sevindirən Çevik Polis Alayının əməkdaşının və metropoliten polisinin xəstəyə olan diqqəti və sevgisi idi. Polisin nəcib hərəkətinə görə , ərrafadakı sərnişinlər hər iki polisi minnətdarlıqların bildirdilər. Bax , həmişə belədir; bizim çətin günümüzdə hamıdan tez polis bizə kömək edir. Allah belə xeyirxah polisləri qorusun! Və nə yaxşı ki, Azərbaycan Polisi var!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Avqust 2026 12:24
Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
08 Avqust 2026 10:48
Xocavənddə traktor MİNAYA DÜŞDÜ
07 Avqust 2026 20:52
Cəbrayıldakı yanğın söndürüldü
07 Avqust 2026 17:51
Bakı və Zəngilanda ağacların qanunsuz kəsilməsi aşkarlanıb
07 Avqust 2026 15:55
Bakıda obyektdəki yanğında 6 nəfər tüstüdən zəhərlənib
07 Avqust 2026 12:37
"Torqovı"da bina YANIR: Sakinlər təxliyə edildi - FOTO - VİDEO
07 Avqust 2026 11:39
Tərtərdəki hadisənin sirri açıldı - Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
07 Avqust 2026 11:27


Bakı -°C

