“ABŞ Azərbaycanı Yaxın Şərq siyasətində daha fəal görməkdə maraqlıdır”
“Misirin Şarm Əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Bu dəvət ABŞ-nin Azərbaycana olan siyasi etimadının və dəstəyinin göstəricisidir. Azərbaycan Yaxın Şərqdə sülhün əldə edilməsində mühüm rol oynayan müsəlman ölkələrindən biridir. 1992-ci ildən Fələstin dövlətini tanıyan və onunla diplomatik münasibətlər quran Azərbaycan, bu illər ərzində Fələstin dövlətinə milyonlarla dollar dəyərində humanitar yardım göstərib. Buna görə də Azərbaycanın Qəzza ilə bağlı keçirilən sülh sammitində iştirakı həm siyasi, həm də mənəvi baxımdan tam əsaslıdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O ABŞ-nin Azərbaycanı Yaxın Şərq siyasətində daha fəal görməkdə maraqlı olduğunu bildirib:
“Vaşinqton, İsrail və ərəb ölkələri arasında barışığı özündə əks etdirən “İbrahim razılaşmalarına” Azərbaycanın da qoşulmasını istəyir. Bununla bağlı son aylarda Bakı və Vaşinqton arasında bir sıra danışıqlar aparılıb. Azərbaycan bu gün Cənubi Qafqazda həlledici ölkə olaraq, beynəlxalq münasibətlərdə yeni siyasi nizamın formalaşmasına mühüm töhfə verir. Ölkənin yerləşdiyi region Qərblə Şərqi birləşdirən əsas nəqliyyat arteriyasının mərkəzində dayanır”.
Politoloqun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni siyasi-iqtisadi düzəni formalaşdırır:
“Bu proses ABŞ-nin geosiyasi maraqları ilə də üst-üstə düşür. Zəngəzur dəhlizinin yaradılması və beynəlxalq logistik mərkəzə çevrilməsi Vaşinqton üçün də strateji əhəmiyyət daşıyır. Bu kontekstdə, yaxın perspektivdə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması gözlənilir. Yaxın Şərqdə isə Azərbaycanın müsəlman ərəb ölkələri ilə əlaqələrinin yeni mərhələyə keçidi mümkün görünür. Şarm Əl-Şeyxdə keçirilən bu sammit, iki ildir davam edən Qəzza böhranına son qoymaqla yanaşı, növbəti mərhələdə Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasının da əsasını qoya bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Yanvar 2026 19:00
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşdü
12 Yanvar 2026 16:43
"Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb" - Prezident
12 Yanvar 2026 15:42
Bakı və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
12 Yanvar 2026 15:33
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür" - Dövlət başçısı
12 Yanvar 2026 15:32
"Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib" - İlham Əliyev
12 Yanvar 2026 15:31
"Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir" - Prezident
12 Yanvar 2026 15:27
Prezident müşavirə keçirdi - Bu məsələlər müzakirə olundu - YENİLƏNİB
12 Yanvar 2026 14:06


Bakı -°C

