Ərdoğanın təyyarəsi Netanyahuya görə geri qayıtmaq istəyib
“Rusiyanın keçmiş baş naziri Yevgeniy Primakov 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalamağa başlaması xəbərini təyyarədə alır. O ABŞ-yə səfərə gedirdi. Primakov Yuqoslaviyanın bombalanmasına etiraz olaraq təyyarəsini okeanın üstündən geri çevirərək Moskvaya qayıtmışdı. Oxşar hadisə bu gün baş verə bilərdi. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əl-Şeyx şəhərində keçirilməsi planlaşdırılan Yaxın Şərq Sülh Sammitində İsrailin baş naziri Benyamin Netanyahunun iştirak edəcəyi xəbərini aldıqda tədbirin təşkilatçılarına təyyarəsini geri döndərəcəyi xəbərdarlığını edib. Bundan sonra Benyamin Netanyahunun tədbirdə iştirak etməyəcəyi bildirilib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ərdoğan Netanyahunu cinayətkar və qatil adlandırıb, onun beynəlxalq məhkəməyə verilməsi vacibliyini bildirib, belə olan halda onunla bir tədbirdə iştirak Türkiyə Cumhurbaşqanı üçün qəbuledilməzdir. Ərdoğan öz demarşı ilə Avropa dövlətlərinin liderlərini də mürəkkəb vəziyyətdən çıxarıb. Çünki, Avropa liderləri də Netanyahunu tədbirdə görmək istəməzdilər. Sadəcə sual olunur: Vaşinqton tədbirdə əvvəlcə Netanyahunun iştirak etməyəcəyini açıqlamışdı, məhz bundan sonra iştirakçı ölkələrin sayı artmışdı, qəfil nə dəyişdi ki, İsrailin baş nazirinin Misirə gedəcəyi xəbəri yayıldı? Görünür, ABŞ Prezidenti Donald Tramp dostu Benyamin Netanyahunu son anda Misirə dəvət etmək istəməklə onun beynəlxalq aləmdə statusunu leqallaşdırmaq istəyib. Alınmadı. Əsas odur ki, Vaşinqtonun sülh planının ilk mərhələsi uğurla başa çatmaq üzrədir, atəşkəs rejiminə start verilib, humanitar yardımlar Qəzzaya çatdırılıb və əsirlər dəyişdirilib, ancaq bu azdır, növbədə münaqişə ocağının birdəfəlik yatırılması və bölgədə sülh quruculuğuna başlanılmasıdır”, - deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Oktyabr 2026 20:00
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
25 Oktyabr 2026 19:55
Paşinyan həbs etdirdiyi nazirin qızını təbrik etdi
25 Oktyabr 2026 19:51
Tramp: "Mənə lazımi qiymət verilmir"
25 Oktyabr 2026 18:00
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
25 Oktyabr 2026 17:15
Fransadakı iğtişaşlarda saxlanılanların sayı 1300-ü keçdi
25 Oktyabr 2026 16:00
“Radarı əmim ixtira edib” - Tramp
25 Oktyabr 2026 15:32
Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib - Zelenski
25 Oktyabr 2026 13:17


Bakı -°C

