"Bu yanaşmanın mahiyyəti sadəcə sahibkar üçün inzibati rahatlıq yaratmaq deyil"
"Qazaxıstan son illərdə ətrafında mövcud olan bütün uğurlu idarəçilik və inkişaf modellərindən çevik şəkildə yararlanmağı bacaran bir ölkədir. Bu açıq və praqmatik yanaşma nəticəsində ölkənin iqtisadi inkişaf tempi son 5 ildə heyratamiz dərəcədə yüksəlib. Bu məqsədyönlü iqtisadi yanaşmanın və sahibkarlığa verilən strateji önəmin nəticəsidir".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, məhz bu səbəbdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən yaradılmış KOB evi modeli də Qazaxıstanın diqqətini cəlb edib:
"Dünən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında imzalanmış Anlaşma Memorandumu bu modelin Qazaxıstanda tətbiqi üçün strateji addımdır.
Qazaxıstanın bu günkü inkişaf dinamikası, dövlət institutlarının idarəçilik mədəniyyəti və sahibkarlığa verdiyi prioritetlər göstərir ki, yaxın illərdə dövlət xidmətlərinin əhəmiyyətli bir hissəsi KOB evlərinə inteqrasiya olunacaq. Böyük ehtimalla, xidmətlərini KOB evlərinə daşımayan dövlət qurumu demək olar ki, qalmayacaq.
Bu yanaşmanın mahiyyəti sadəcə sahibkar üçün inzibati rahatlıq yaratmaq deyil. Bu, KOB sektorunun sistemli inkişafını təmin edən mexanizmdir. Dövlət xidmətlərinin vahid məkanda toplanması çevik biznes mühiti yaradır, vaxt və vəsait itkilərini azaldır, yeni təşəbbüslərin yaranmasını stimullaşdırır və nəticə etibarilə ölkənin iqtisadi inkişafına real töhfə verir".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Yanvar 2026 12:08
“İranlı diplomatın bu açıqlaması açıq-aşkar təhdiddir...”- Politoloq
24 Yanvar 2026 10:36
Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib
24 Yanvar 2026 10:22
Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı
24 Yanvar 2026 09:12
ABŞ-nin vitse-prezidenti Azərbaycana gələcək
24 Yanvar 2026 09:11
Tramp İlham Əliyevə təşəkkür etdi
23 Yanvar 2026 19:23
XİN-də geniştərkibli kollegiya iclas keçirildi
23 Yanvar 2026 18:44
Azərbaycan–İspaniya əməkdaşlığı müzakirə olunub
23 Yanvar 2026 17:51


Bakı -°C

