Azərbaycan–İspaniya əməkdaşlığı müzakirə olunub
Baş nazir Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.
Adalet.az xəbər verir ki, Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verib.
Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirilib, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edilib.
Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulanıb.
İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

