“Ermənistan bu cinayəti törədənləri məsuliyyətə cəlb etməlidir”

Vətən müharibəsi zamanı Bərdənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il keçir. 2020-ci il oktyabrın 27-də Bərdənin Qarayusifli kəndi “Smerç” raketləri ilə atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.
Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Vətən müharibəsinin başladığı ilk gündən etibarən Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alaraq onlara qarşı müharibədə qadağan olunmuş silahlardan belə raket və ağır artilleriya zərbələri endirirdilər:
“Döyüş meydanın hər gün ağır məğlubiyyətlərə məruz qalan Ermənistan çıxış yolunu Azərbaycanın mülki əhalisini qətlə yetirməklə görürdü. Bərdə də Ermənistan tərəfindən intensiv atəşə məruz qalan rayonlardan biri idi. Bərdə rayonu dəfələrlə Ermənistan tərəfindən “Smerç” reaqtiv yaylım atəşi sistemləri və “Elbrus” taktiki raketlərindən zərbələrə məruz qalıb. Mülki vətəndaşları ağır ağır artilleriya və raket sistemlərindən atəşə tutulması, Azərbaycan xalqına qarşı törədilmiş ağır müharibə cinayətləridir. Ermənistan bu cinayətlərin törədilməsində rolu olan, həmin atəşin açılmasına əmr verən, hərbi siyasi rəhbərləri cinayət məsuliyyətinə cəlb etməlidir. Bu isə Azərbaycan və Ermənistan arasında sülhün əldən olunmasına müsbət təsir edə bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Oktyabr 2025 14:16 Hakan Fidanın müavini Bakıya gəlib - FOTOLAR
27 Oktyabr 2025 14:08 “Sülhün qazancları - 3 min hərbçi həyatdadır”
27 Oktyabr 2025 12:52 Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
27 Oktyabr 2025 08:44 “Qubadlı 30 illik istehkamların darmadağın edilməsindən sonra azad olundu”
25 Oktyabr 2025 12:37 QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDU
25 Oktyabr 2025 11:45 “Ədalətdən danışan dünyanın bir çox ölkələri buna göz yumsa da...”
25 Oktyabr 2025 11:34 TÜRKPA Baş katibi Cevdet Yılmaz və Dövlet Baxçalı ilə görüşüb
25 Oktyabr 2025 11:09 

Bakı -°C 






