“Ətə möhür vurmaq üçün pul alınır” – Ekspert AQTA-ni ittiham etdi
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi küçə kəsimlərinin qarşısını ona görə ala bilmir ki, bazar tələb və təklif aksiomu ilə işləyir. Tələb varsa, mütləq təklif olacaq. Min illərdir ki, bazarın öz aksiomu var. Onu inzibati yollarla durdurmaq mümkün deyil. Ona görə də AQTA inzibati üsullardan maarifçilik üsullarına keçməlidir. Kütləvi informasiya vasitələri ilə, ictimai təşkilatlarla yaxşı işləyib əhalini özlərinə inandırmalıdır”.
Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Ekspert bildirib ki, hələ Sovet vaxtında qəssabların cibində möhür olurdu, özləri ətə möhür vururdular və bunu heç bir baytar yoxlamırdı:
“Həmin ətalət qanunu davam edir və tələb yaranır. Küçə kəsimlərinə nəzarət yerli icra hakimiyyəti orqanlarının, AQTA-nin və bir də polisin funksiyasına daxildir. AQTA yarandığı gündən küçə kəsimləri ilə mübarizə aparır, amma təəssüf ki, bunun qarşısını ala bilmir. İki il AQTA-da İctimai Şuranın üzvü olmuşam və dəfələrlə demişəm ki, üzünüzü istehlakçılara çevirin. Dövlət orqanları yaranan kimi ayaqları yerdən üzülür və ərşə qalxırlar. İnsanlarla işləmək əvəzinə, öz əsasnamələrində nə yazılıb onunla gedirlər. Radikal üsullarla belə məsələləri həll etmək olmaz. Ona görə də istehlakçıların inamını qazanmaq lazımdır. İnsanlar gözüylə gördükləri əti alırlar. Heç də küçədə kəsilən ət təhlükəsiz deyil və AQTA-nin əməkdaşları çıxışlarında bildirirlər ki, dabaq xəstəliyi insanlara keçmir. Bu fikir isə kökündən səhvdir. Bu cür yalnış informasiya ilə əhalini aldatmaq düzgün deyil”.
E.Hüseynovun sözlərinə görə, geniş yayılan dabaq xəstəliyinin səbəbi ölkəyə gətirilən külli-miqdarda effektsiz, təsirsiz vaksinlərdir:
“Bununla bağlı regionlardan mənə məlumat verirlər. Hətta bu vaksindən kim heyvanına vurubsa, onun heyvanı da dabaq xəstəliyi tutur. Bunu gizlətməklə vəziyyətdən çıxmaq olmaz. Ətə möhür vurmaq üçün pul alınır. İstənilənilən yerə verilən pul son nəticədə istehlakçıdan çıxır. Ona görə də AQTA elə bir iş aparmalıdır ki, ətin qiyməti qalxmamalı və sağlam ət olmalıdır. İki il İctimai Şuranın üzvü oldum və bir dəfə AQTA-nin mətbəxinə yaxın gedə bilmədim. İçəridə nələr baş verir, hansı qərarlar qəbul edilir bundan xəbərsiz idik. Ona görə də yalançı, formal İctimai Şuranın üzvü olmaqdan imtina etdim”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

