“Bu, erməni ictimaiyyətinin Nikol Paşinyana dəstəyini artırır”
“Ermənistan sabiq prezidenti Robert Köçəryan Vaşinqtonda imzalanmış sənədi hüquqi cəhətdən tanımır
“Ermənistanın sabiq prezidenti Robert Köçəryan bu ayın əvvəlində Moskvadan qayıtdıqdan sonra mətbuat konfransı keçirərək 8 avqustda Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən üçtərəfli Bəyannamə ilə bağlı mövqeyini bölüşüb. R. Köçəryan çıxışı zamanı 8 avqust sənədinin Ermənistana heç nə qazandırmadığını qeyd etmişdi. Həmçinin 8 avqustda paraflanmış sülh sənədinin hüquqi qüvvəsinin olmadığını açıq şəkildə elan etdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, parlament seçkilərində Baş nazirliyə namizəd olacağını elan edən R.Köçəryan indidən üçtərəfli sənədi tanımadığını elan etməklə, Rusiya və İrana da reveranslar etdi:
“Hazırda Ermənistan müxalifəti və ikinci Qareginin başçılıq etdiyi Erməni Apostol Kilsəsi tam olaraq sülh prosesinin əleyhinədir. Əgər, Ermənistanda Köçəryan-Sarkisyan tandemi hakimiyyəti götürərsə, Azərbaycanla bütün razılaşmaları pozacaqlar. Təbii ki, geosiyasi reallıqlar və Rusiyanın zəifləməsi, Azərbaycan və Ermənistan arasında tranzit yolların açılması ilə bağlı razılaşmalar erməni ictimaiyyətinin Baş nazir Nikol Paşinyana dəstəyini artırır. Proseslər müharibə gündəliyini əməkdaşlıq gündəliyi ilə əvəzləyir. Sülh prosesinə qarşı olan müxalifətin bu prosesi poza biləcəyi və hakimiyyətə gəlmək prespektivi yoxdur. Artıq N.Paşinyan İkinci Qaregini Apastol kilsəsindən uzaqlaşdırmaq üçün dini mərasimlərə qatılır. Yeni katalikos Keşiş Aramı Ermənistanın yeni katalikosu elan edəcəklər. Hakimiyyət Kilsədə müxalifəti neytrallaşdıraraq siyasi müxalifətə zərbə vurur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56
Zelenski: “Ruslar çox danışırdılar, Kupyanskda əsgərlərimizin yanındayam” - VİDEO
12 Dekabr 2025 19:34
Ukrayna ordusu Kupyanskda strateji qəsəbəni azad etdi
12 Dekabr 2025 17:41


Bakı -°C

