“Yüksək vergilər iqtisadi fəallığı azaldır...”
“1981-ci ildə ABŞ prezidenti Ronald Reyqan hakimiyyətə gələndə ölkədə gəlir vergisinin ən yüksək dərəcəsi 70% idi. Həmin dövrdə bu göstərici Böyük Britaniyada 83%, Qərbi Almaniyada 60%, İsveçdə 80%, Yaponiyada 70%, Kanadada isə 60% idi. Dünyada vergi dərəcələri indiki ilə müqayisədə rekord səviyyədə idi. Məhz belə bir zamanda Reyqan əvvəlcə vergini 70%-dən 50%-ə, daha sonra isə 28%-ə endirdi”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O deyib ki, Reyqan müsahibəsində bu qərarın arxasında 600 il əvvəl yaşamış İbn Xəldunun fikirlərinin dayandığını bildirmişdi:
“Reyqan demişdi ki, İbn Xəldun öz əsərində yazırdı: "Vergiləri çoxaldan dövlətlərin iqtisadiyyatı tənəzzül etmiş, vergiləri azaldanları isə çiçəklənən gördüm". Bu siyasət sonradan “Reaganomics” (Reyqan iqtisadiyyatı) adı ilə tanındı. Onun mahiyyəti sadə idi. Yüksək vergilər iqtisadi fəallığı azaldır, aşağı vergilər isə sahibkarlığı və istehsalı stimullaşdırır, nəticədə büdcəyə daha çox vəsait daxil olur. Reyqanın bu siyasəti əvvəlcə mübahisələr doğursa da, iqtisadi artım canlandı, işsizlik azaldı, şirkətlərin ABŞ-yə sərmayə axını artdı. Beləliklə, Ronald Reyqan vergi siyasətində yalnız ABŞ üçün deyil, bütün dünya üçün yeni bir dövrün əsasını qoydu, ondan sonra vergi dərəcələrinin endirilməsi və iqtisadi fəallığın stimullaşdırılması qlobal trenda çevrildi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Oktyabr 2026 13:18
Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb
20 Oktyabr 2026 12:07
"Tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımından vacibdir" - Deputat
20 Oktyabr 2026 11:14
Elektron ticarətlə məşğul olanların nəzərinə!
20 Oktyabr 2026 10:53
“İllər ərzində doğmalaşdığım kollektivdən ayrılmaq asan olmasa da...”
20 Oktyabr 2026 09:01
"Brent" bahalaşdı
19 Oktyabr 2026 19:56
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb
19 Oktyabr 2026 09:57
Azərbaycanda bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq
16 Oktyabr 2026 19:18


Bakı -°C

