2026 və 2027-ci illər üzrə inflyasiya proqnozları AÇIQLANDI
Məqsədimiz dəyişməz olaraq qalır: qiymət sabitliyi. Baza proqnozlarımıza əsasən, inflyasiya 2026-cı ilin sonuna 6,1 faiz, 2027-ci ilin sonuna isə 5,8 faiz təşkil edəcək.
Adalet.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində deyib.
O bildirib ki, inflyasiya ortamüddətli dövrdə hədəf diapazonu daxilində gözlənilsə də, təklif amilləri ilə bağlı inflyasiyanın artması riskləri mövcuddur: “Prioritet hədəfi dəyişdirmək deyil, məzənnə sabitliyini əsas nominal lövbər kimi qorumaqla faiz dərəcələrinin ötürücülüyünü gücləndirmək və dərinləşdirmək, eyni zamanda, daxili inflyasiya baxımından banklararası faiz dərəcələrini əlavə lövbər kimi istifadə etməkdir. 2022-ci ilin sentyabr ayından etibarən sıfırdan aktiv banklararası pul bazarını formalaşdırmışıq. Banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR bir ildən artıqdır ki, ikinci dərəcəli əməliyyat hədəfi rolunu oynayır. AZIR ilə uçot dərəcəsi arasındakı spred azalıb. Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankının birbaşa AZIR-ə istinad edilən dəyişən faizli istiqrazlar buraxması bu göstəricinin etibarlılığına verilən daha güclü dəstəkdir”.
T.Kazımov üç əsas prioriteti diqqətə çatdırıb: “Faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirmək, AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidinin genişləndirilməsi, o cümlədən gəlirlilik əyrisinin formalaşdırılması vasitəsilə kapital və pul bazarlarını dərinləşdirmək, habelə məlumat analitikası və süni intellektdən istifadə etməklə proqnozlaşdırma imkanlarını təkmilləşdirmək. Mən bura çox vaxt lazımi diqqət yetirilməyən dördüncü prioriteti də əlavə edərdim: kommunikasiya. Etibarlılıq mərkəzi bankın ən dəyərli aktividir”.
Digər Xəbərlər
13 Noyabr 2026 14:30
Azərbaycan ilə Ermənistan arasında hansı məhsullar üzrə ticarət qurulub? – Millət vəkili açıqladı
13 Noyabr 2026 11:00
“Aqrar sektorun yükü artacaq, xərclər çoxalacaq və ziyanla işləmə başlayacaq”
13 Noyabr 2026 09:23
Azərbaycan yeni qaz yataqları kəşf edib
12 Noyabr 2026 21:57
Azərbaycan və Ermənistanın elektrik şəbəkələri birləşdirilə bilər
12 Noyabr 2026 21:56
Azərbaycan ərazisindən Ermənistana daşınan yükün miqdarı açıqlandı
12 Noyabr 2026 11:47
“Bu, hüquqi sabitlik və iqtisadi azadlıqların möhkəmlənməsi ilə birbaşa bağlıdır”
12 Noyabr 2026 10:11
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü
12 Noyabr 2026 09:11


Bakı -°C

