“Kreml qonşu ölkələrdəki əhalini müxtəlif ”hissələrə” bölmək şakərindən hələ də...”

“Qırğızıstanda noyabrın 30-da növbədənkənar parlament seçkiləri keçiriləcək. 90 yerlik parlamentə 530 namizəd var. Kremlə bağlı media bu seçkilərlə bağlı bir neçə məqama diqqət çəkib. Birincisi, Qırğızıstanda millətçi şüarların artdığını və deputatlığa namizədlər arasında rusdilli əhalinin təmsil olunmadığını yazıblar. Kreml qonşu ölkələrdəki əhalini müxtəlif ”hissələrə” bölmək şakərindən hələ də imtina etmir. “Rusdilli əhali” nə deməkdir? Qırğızıstanda yaşayan və bu ölkənin vətəndaşı olan hər kəs qırğız dilini bilməlidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“2023-cü ildə Qırğızıstan parlamenti “Qırğızıstan Respublikasının dövlət dili haqqında” qanun qəbul edib. Bu qanuna görə, qırğız dilinin istifadəsi məcburidir. Prezident Sadır Japarovun bu məsələylə bağlı qəti mövqeyi var:
“Qırğız dili varkən sənədləri rus dilində aparmaq düzgün deyil”. Buna baxmayaraq, Kremlə bağlı media qonşu ölkələrdə “rus dili” və “rusdilli əhali” tezislərindən imtina etmir. Kremlə bağlı medianı Qırğızıstanda narahat edən başqa məqam bu ölkənin Çinlə əlaqələrini genişləndirməsidir. İndi guya Rusiya və Çin strateji tərəfdaşdırlar. Reallıqda isə Kreml Çinin Mərkəsi Asiya ölkələrində mövqelərinin möhkəmlənməsini narahatlıqla izləyir, bunun qarşısını almaqda isə acizdir”,- deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
 31 Oktyabr 2025 17:33
 31 Oktyabr 2025 17:33 Sahibə Qafarova Misirə gedəcək
 31 Oktyabr 2025 17:10
 31 Oktyabr 2025 17:10 Hikmət Hacıyev: Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək
 31 Oktyabr 2025 16:55
 31 Oktyabr 2025 16:55 Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edib - YENİLƏNİB
 31 Oktyabr 2025 14:35
 31 Oktyabr 2025 14:35 Zakir Həsənov Qazaxıstanda səfərdədir
 31 Oktyabr 2025 13:37
 31 Oktyabr 2025 13:37 "Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" - Deputat
 31 Oktyabr 2025 12:03
 31 Oktyabr 2025 12:03 Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyənləşir
 31 Oktyabr 2025 11:54
 31 Oktyabr 2025 11:54 "Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur" - Deputat
 31 Oktyabr 2025 11:52
 31 Oktyabr 2025 11:52 

 Bakı -°C
 Bakı -°C 






