Qorxan gözə çöp düşər...

İnsanlar hər hansı təhlükəni hiss edəndə uzun müddət onun təsirindən xilas ola bilmir! Çünki artıq adamların beynində belə bir düşüncə qalıb ki, bunu etsəm, mütləq ziyan görəcəyəm.
İndi də iribuynuzlu heyvanlar arasında yayılmış dabaq xəstəliyi birmənalı olaraq camaat arasında böyük təşviş yaradıb. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var! Amma gəlin , onunla razılaşaq ki, bir çoxları yaranmış vəziyyətdən sui- istifadə edir.Məsələn , indi ölkəmizə Monqolustandan və digər ölkələrdən mal əti idxal olunur. Mütəxəssislər də bildirir ki, həmin ölkədən məmləkətimizə idxal olunan ət və ət məhsulları bir o qədər də keyfiyyətli deyildir. Sadəcə olaraq ölkəmizdə mal əti ilə bağlı problem bəzi iş adamlarına münbit şərait yaradılıb.
Və bir də bir çox sahədə olduğu kimi, xaricdən gətirilən ət sahəsində də monopoliya mövcuddur. Bu isə ətin qiymətinin bahalaşmasına səbəb olur.Mal əti satan bir qəssabdan soruşdum ki, dabaq xəstəliyi ilə bağlı sizin kəsdiyiniz heyvanların ətini nəzarətedici orqanlar yoxlayırmı? Qəssab sualımıza cavab verərək dedi ki, onlar əti yoxlamağa yox, bizdən pul almağa gəlirlər. Biz iki min manat verib, dana alıb gətiririk.
Başımıza at təpib ki, bir ətək pul xərcləyib,dabaq heyvan alaq! Bir də qorxan gözə çöp düşər! Kəsib satdığımız ət çiçək kimidi, özümüz də bu ətdən yeyirik! Qəssabın səmimiyyətinə inanıb, ondan 4 kilo ət aldı. Çünki mən əti həmişə bu adamdan alıram!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
 31 Oktyabr 2025 19:20
 31 Oktyabr 2025 19:20 Deyirlər pambıq sahələrdə qalıb...
 31 Oktyabr 2025 17:13
 31 Oktyabr 2025 17:13 Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək
 31 Oktyabr 2025 16:02
 31 Oktyabr 2025 16:02 Bakıda niyə hər adam mənzil ala bilmir?
 31 Oktyabr 2025 12:04
 31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
 30 Oktyabr 2025 14:25
 30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
 30 Oktyabr 2025 14:14
 30 Oktyabr 2025 14:14 “Hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını ayıbdan xilas etmək üçün...”
 30 Oktyabr 2025 09:30
 30 Oktyabr 2025 09:30 Leyla Əliyeva “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü - FOTOLAR
 29 Oktyabr 2025 12:30
 29 Oktyabr 2025 12:30 

 Bakı -°C
 Bakı -°C 






