Əyləc saz olmayanda...
Hər bir nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır.O cümlədən əyləc sistemi də normal işləməlidir. Təəssüf ki, bəzi avtomobillər texniki cəhətdən bir o qədər də işlək vəziyyətdə olmur.
Bu isə hər an , hər dəqiqə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.Və onu da qeyd edək ki, dəfələrlə nəqliyyat vasitələrin də yaranmiş texniki nasazlıq üzündən ağır qəzalar olub. Bir neçə gün bundan əvvəl isə Bakıda Babək prospektində hərəkət edərkən bir avtobus əyləc sistemində yaranmış texniki nasazlıq üzündən " Bakbusa" məxsus avtobusa çırpılıb.
Xoşbəxtlikdən ölən və ağır xəsarət alanlar olmayıb. Amma hansı ki, avtobuslar hər səhər qarajdan çıxmazdan əvvəl texniki müayinədən keçirilməli və sürücülər həkim baxışından sonra sükan arxasında əyləşməlidir.Ancaq görünür bəzi sahibkarlar və sürücülər bu məsələyə barmaq arası yanaşır.
Baki Səhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli deyir ki, biz hər dəfə sürücüləri maariflendirərkən bildiririk ki, onlar nəqliyyat vasitələrini saz saxlasınlar, əyləc sistemi işləməyən avtomobillərin sükanı arxasında əyləşməsinlər. Təəssüf ki, buna bəzən məhəl qoymayan sürücülər də olur.
Onda da bax belə qəzalar baş verir. Avtobuslar bir qayda olaraq səhər saatlarında qarajdan çıxarılarkən birmənalı olaraq texniki müayinədən keçirilməlidir, həmçinin sürücülərin də sağlamlığı yoxlanılmalıdır. Xüsusilə də, yağışlı havada və yollar sürüşkən olanda nəqliyyat vasitələri saz olmalıdır və əyləc sistemi işləməyən avtomobillə harasa getmək olmaz. Bir sözlə, nəqliyyat vasitələri saz olanda həm sürücülər , həm də sərnişinlər mənzil başına daha rahat çatırlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Noyabr 2026 00:21
BMW 720 mindən çox avtomobili geri çağırır
12 Noyabr 2026 18:23
Bu yollarda sıxlıq var -SİYAHI
12 Noyabr 2026 09:00
Bakıda bu yollarda tıxac var - SİYAHI
11 Noyabr 2026 11:51
Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
11 Noyabr 2026 08:50
Bu 15 yolda tıxac var - SİYAHI
10 Noyabr 2026 09:48
Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO
10 Noyabr 2026 00:50
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
09 Noyabr 2026 20:07


Bakı -°C

