“Bütün növ əmək pensiyaları 10 faiz artacaq”
“Büdcə müzakirələrinin davam etdiyi 2026-cı ildən artıq bu gözləntilər reallaşaq demək olar. 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyaları təxminən 10 faiz artacaq. Çünki, artım səviyyəsi orta aylıq nominal əməkhaqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən artımına görə baş verir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, hazırda isə orta aylıq nominal əməkhaqqı 9,7 faiz artaraq 1093 manata çatıb:
“DSMF-nun yeni büdcəsi də bunu təsdiq edir. Belə ki, fondun gələn il üçün gəlirləri 8,32 mlrd manat, xərcləri isə 8,48 mlrd manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin həcmi isə bu illə müqayisədə gələn il 787,5 milyon manat çox olacaq. Bu isə 10,63 faiz artım deməkdir. Minimum pensiya 320 manat, yaşayış minimumu və ehtiyac meyarı isə 300 manat olacaq. Məlumat üçün deyim ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Bu göstəricini hazırlanmasının əsas məqsədi aztəminatlı ailələrə dövlət sosial yardımının göstərilməsi, fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunmayan həddinin müəyyənləşdirilməsi və dövlət büdcəsi ilə sosial siyasətin planlaşdırılmasıdır”.
İqtisadçının sözlərinə görə, qeyri-neft və qeyri-dövlət sektoru üçün gəlir vergisi 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildə isə 7 faiz olacaq və bu sektorda 2500 manata qədər olan hissə 7 faizlə davam edəcək:
“8000 manata qədər 10 faiz, 8000 manatdan yuxarı isə 14 faiz olaraq müəyyən olunacaq. Amma gələn il üçün bu dərəcə 3 faiz-dir Gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli avtomobillərin idxalı və satışına tətbiq edilən ƏDV güzəşti bitir. Minimum əmək haqqı isə artırılmayacaq. Əslində bu heç gözlənilmirdi də. Çünki, adətən minimum əmək haqqı 2 ildən bir artırılır. Odur ki, bu artımı 2027-ci ilin 1 yanvarından 450-460 manata yüksəldiləcəyini ehtimal etmək olar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Noyabr 2026 17:51
Əmanət faizlərinə gələn ildən vergi tətbiq oluna bilər - Deputat açıqladı
16 Noyabr 2026 16:52
Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur
16 Noyabr 2026 13:20
"Növbəti dövrlərdə iqtisadi artım özəl sektora söykənəcək" - Nazir
16 Noyabr 2026 13:09
Gələn il manatın məzənnəsi necə dəyişəcək? - AMB sədri açıqladı
16 Noyabr 2026 13:07
Taleh Kazımov bankların hazırkı vəziyyətindən danışdı
16 Noyabr 2026 13:05
"Vətəndaşların manata və bank sektoruna inamı artmaqda davam edir" - AMB sədri
16 Noyabr 2026 12:16
Gələn il bələdiyyələrə ayrılacaq dotasiyanın məbləği açıqlandı
16 Noyabr 2026 12:08


Bakı -°C

