36 nömrəli marşrut...
Bu marşrutda işləyən avtobuslarda bir qayda olaraq hər addımbaşı qanun pozuntusuna rast gəlmək olar! Birincisi, əksər marşrutlar kart sisteminə kiçsə də bu avtobuslarda hələ də sərnişinlər pul bağdı yolla ödəyir. Yəni köhnə hamam, köhnə yaşıdır və kart sisteminə keçilməyib.
Bununla yanaş, ən böyük nöqsan avtobuslar arasında olan intervalın çoxluğudur. Dayanacaqda avtobusları gözləyən sərnişinlər ən azı 15- 20 dəqiqə və daha artıq vaxt itirməlidir.
Təbii ki bu da, həmin marşrutdan istifadə edən insanların haqlı narazılığına səbəb olur. Hələ biz sürücülərin mobil telefonla danışmağını demirik. Avtobus sürücüləri Köhnə Günəşlidən Yeni Günəşliyi keçəndə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edirlər.
Allah eləməmiş, həmin vaxt piyada yol keçsə, yaxud texniki nasazlıq yaransa , ağır qəza qaçılmaz olar. Sözümüzün canı ondan ibarətdir ki, bu marşrutda hərəkət edən avtobusaların hamısı fiziki və mənəvi cəhətdən köhnəlib .
Onlar xətdən çıxarılıb daha müasir və yeni avtobuslarla əvəzlənməlidir! Heç şübhəsiz ki, bunları bu marşrutun sahibi etməlidir.Əgər etmirsə, Yerüstü Nəqliyyat Agentliyi marşrutu həmin sahibkardan alıb, başqa bir iş adamına verməlidir. Yoxsa , nə vaxta qədər Yeni Günəşli camaat 36 nömrəli marşrutdan narazılıq edəcək???
Emil Faiqoğlu
Digər Xəbərlər
10 Noyabr 2026 09:48
Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO
10 Noyabr 2026 00:50
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
09 Noyabr 2026 20:07
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
06 Noyabr 2026 09:05


Bakı -°C

