“Ermənistanda parlament seçkilərindən sonra prosesin başlanması gözlənilir...”
“Ermənistanla -Azərbaycan Birgə komissiyanın iclası Qəbələdə baş tutdu. Ötən həftə Ermənistanın Baş nazirinin müavini M. Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti iki ölkə arasında delimitasiya -demarkasiya komissiyasının növbəti iclasında iştirak etmək üçün Azərbaycana səfər etdi. İki ölkə arasında sayca 12-ci iclasın sərhəddə deyil, Qəbələdə keçirilməsi iki ölkə arasında əlaqələrin inkişafında mühüm addım kimi xarakterizə etmək olar. Eyni gündə Türkiyə -Ermənistan nümayəndələri də görüş keçirib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, Azərbaycan və Türkiyə prosesi paralel aparır:
“Bu da tərəflər arasında qarşılıqlı etimadı inkişaf etdirir. Növbəti birgə komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfər etməsi gözlənilir. Qarşılıqlı səfərlərin təşkili Rusiyanın proseslərə mane olmasını neytrallaşdırır. Hazırda Rusiya Ermənistana "demokratik" imicinə girmiş ictimai şəxsləri göndərərək Qarabağ məsələsini "unutmamağı" təbliğatını aparır. Bir növ Rusiya öz ənənəvi siyasətindən geri addım atmaq istəmir. İki ölkə arasında sülh prosesinə zərbə vurmağa çalışır. Azərbaycan və Ermənistan Rusiyanın regionda mövqeyini zəiflətmək üçün ciddi addımlar atacaqsa, "Yekun sülh" sülh müqaviləsinin imzalanması prosesi tez baş tutacaq. Təbii ki, Ermənistanda keçiriləcək parlament və konustitusiya referendumundan sonra baş tutacaq. Azərbaycan və Ermənistan arasında dövlətlər arasında xeyli irəliləyiş əldə edilir. İki ölkə arasında anklavlarla bağlı məsələlər də prinsipcə həllini tapıb. Ermənistanda parlament seçkilərindən sonra prosesin başlanması gözlənilir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Oktyabr 2026 22:01
İlham Əliyev İspaniyaya başsağlığı verdi
28 Oktyabr 2026 20:24
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
28 Oktyabr 2026 20:18
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
28 Oktyabr 2026 20:16
Sahibə Qafarova İƏT Baş katibi ilə görüşüb - FOTOLAR
28 Oktyabr 2026 19:00
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
28 Oktyabr 2026 18:20
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
28 Oktyabr 2026 17:41
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
28 Oktyabr 2026 16:33


Bakı -°C

