ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?
“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limiti POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlar nəzərə alınmaqla iki dəfə artırılaraq 200 min manatdan 400 min manata çatdırılır. Bu o deməkdir ki, sahibkar nağdsız ödənişlərin payını artırmaqla faktiki olaraq əlavə 200 min manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Kimsə düşünə bilər ki, bu güzəşt avtomatik olaraq qiymətlərin enməsinə gətirib çıxaracaq. Amma bu belə olmayacaq. Çünki qiyməti formalaşdıran təkcə vergi deyil. Qiymət 4–5 əsas amilin təsiri ilə formalaşır və vergi onların yalnız biridir.
Bəs bu güzəştin faydası varmı?
Əlbəttə var. Bu dəyişiklik birbaşa ucuzlaşma yaratmasa da, qiymətlərin nisbətən sabit saxlanılmasına, qarşıdakı aylarda isə zəruri artım sürətinin azalmasına dəstək ola bilər. Başqa sözlə, bu güzəşt həmin sektorlar üzrə qiymət artımlarının gecikdirilməsi üçün kompensasiya mexanizmi rolunu oynaya bilər. Eyni zamanda yenilik nağdsız ödənişləri daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağardılmasına” xidmət göstərəcək.
Ümid edək ki, bununla da nəğdsiz ödəniş etmək istəyən müştəriyə “POS-terminalı təmirə göndərmişik” tipli şablon bəhanə cavablarının sayı azalacaq. Və ən əsası, uzun illərdir ki, daşlaşmış “200 min manatlıq limit” nəhayət ki, qırıldı. Limitin iki dəfə artırılması 2026-cı ilin yaxşı xəbərləri sırasındadır və bu addım şəffaf və vicdanla işləyən KOB-lar üçün həqiqətən çox önəmlidir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Yanvar 2026 16:06
"İndiki mərhələdə belə bir dönüş nöqtəsinə ehtiyac var" - İqtisadçı
29 Yanvar 2026 15:14
Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi
29 Yanvar 2026 12:31
Əhalinin banklardan asılılığı artıb - RƏQƏMLƏR
29 Yanvar 2026 12:08
Naxçıvanda 4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
29 Yanvar 2026 11:42
Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək
28 Yanvar 2026 17:41
“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib
28 Yanvar 2026 17:07
Dövriyyəsi 10 min dolları ötənlərin nəzərinə
28 Yanvar 2026 09:38


Bakı -°C

