Əhalinin banklardan asılılığı artıb - RƏQƏMLƏR
2025-ci ildə Azərbaycan banklarının istehlak kreditləri portfeli 9 milyard 354,2 milyon manata çatıb
Adalet.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 909,2 milyon manat və ya 10,8% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə bankların istehlak kreditləri portfeli 8 milyard 445 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonu (8 milyard 445 milyon manat) ilə müqayisədə artım 909,2 milyon manat (10,8%) təşkil edib. Aylıq müqayisədə isə portfel 35,4 milyon manat (0,4%) böyüyüb.
Xatırladaq ki, bankların istehlak kreditləri portfeli ötən ilin dekabrın 1-nə 9 milyard 318,8 milyon manat, 2024-cü ilin sonunda 8 milyard 445 milyon manat təşkil edirdi.
Digər Xəbərlər
29 Yanvar 2026 12:08
Naxçıvanda 4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
29 Yanvar 2026 11:42
Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək
28 Yanvar 2026 17:41
“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib
28 Yanvar 2026 17:07


Bakı -°C

