Qapıları yoxlayaraq oğurluq edirdi - Saxlanıldı - VİDEO
Bakının Yasamal rayonunda mənzillərin giriş qapılarını yoxlayaraq oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Adalet.az--a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38 min 800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
29 Yanvar 2026 12:35
Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı
29 Yanvar 2026 10:13
Maştağada istixanadan 50 min manatlıq oğurluq edildi - VİDEO
28 Yanvar 2026 14:01
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən qadın həbs olundu
28 Yanvar 2026 10:16
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
27 Yanvar 2026 16:21
Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - VİDEO
27 Yanvar 2026 11:53
Narkotikin təsirində qayda pozan "Shacman" sürücüsü həbs edildi - VİDEO
27 Yanvar 2026 11:19
DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı
27 Yanvar 2026 10:52


Bakı -°C

