Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - VİDEO
Paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
27 Yanvar 2026 11:53
Narkotikin təsirində qayda pozan "Shacman" sürücüsü həbs edildi - VİDEO
27 Yanvar 2026 11:19
DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı
27 Yanvar 2026 10:52
Prokurorluqdan özünü öldürən məhkəmə sədrinin oğlu ilə bağlı açıqlama
27 Yanvar 2026 09:20


Bakı -°C

