Prezident bu şəxsləri nazir müavini təyin etdi
Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Adalet.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Yeni təyinatlarla nazir müavinlərinin sayı 5-ə çatıb. Əvvəlki müavinlərdən hansının vəzifədən azad edildiyi hələlik açıqlanmayıb.
Digər Xəbərlər
27 Yanvar 2026 18:04
"Bakı Metropoliteni" Çin bankı ilə əməkdaşlığı müzakirə etdi
27 Yanvar 2026 17:51
Baş Prokurorluqdan dəm qazı təhlükəsi ilə bağlı vətəndaşlara müraciət
27 Yanvar 2026 17:03
“Azərsun Holdinq” Dubayda Gulfood-2026 sərgisində iştirak edir - FOTOLAR
27 Yanvar 2026 16:55


Bakı -°C

