adalet.az header logo
  • Bakı -°C
27 Yanvar 2026 16:30
93
HADİSƏ
A- A+

General Aydəmirovun tanınmış həkim qardaşı vəfat etdi - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov dünyasını dəyişib.

Adalet.az-ın Unikal-a istinadən məlumatına görə, vəfat edən M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

Qeyd edək ki, mərhum həkim 1993-2023-cü illərdə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb. O, avtobusda ürəktutmadan həyatını itirib. Ötən gün dəfn olunub.

***

09:48

Tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov 67 yaşında dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Mərhum uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.