adalet.az header logo
  • Bakı -°C
20 Mart 2026 09:32
84
HADİSƏ
A- A+

İsmayıllıda ağır qəza - Ölən var

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.

Adalet.az xəbər verir ki, hadisə martın 19-da saat 23 radələrində rayon ərazisində qeydə alınıb. Məlumata görə, “VAZ-21099” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.