“Bu fonda qərarın Azərbaycana birbaşa təsir edəcəyini söyləmək düz olmaz...”
“Donald Trampın İranla əməkdaşlıq edən ölkələrə qarşı 25 % rüsum açıqlaması daha çox iqtisadi hədə xarakteri daşıyır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranla ticarət və iqtisadi əlaqə quran ölkələrin ABŞ ilə olan ticarətinə əlavə rüsum tətbiqi nəzərdə tutulur. Bu addım ABŞ-nin İrana iqtisadi təzyiqinin artıq yeni mərhələsidir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Amma hazırda ortada bu qərarı detallı izah edən rəsmi sənəd yoxdur. Hansı ölkələrə, hansı mallara və hansı şərtlərlə tətbiq olunacağı aydın deyil. Fikrin qətiliyi səslənsə də, qərarın hüquqi mexanizmi formalaşmayıb və rəsmi Vaşinqton icra qaydaları ilə bağlı konkret mövqe ortaya qoymayıb. Hətta ABŞ daxilində belə bu məsələ ətrafında narahatlıqlar var. Bu fonda qərarın Azərbaycana birbaşa təsir edəcəyini söyləmək düz olmaz. Dünyanın demək olar bütün ölkələri bu və ya digər formada İranla ticarət əlaqələrinə malikdir. Hamıya eyni anda 25 faiz rüsum tətbiqi real mexanizm deyil və bu yanaşma ABŞ-nin özü üçün də ciddi iqtisadi risklər yarada bilər. Odur ki, mövcud vəziyyətdə Azərbaycan üçün konkret və birbaşa təhdid görmürəm”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Noyabr 2026 23:18
Polşa və Britaniya CAMM-MR raketinin hazırlığına dair saziş imzalayıb
24 Noyabr 2026 22:35
Türkiyədə helikopter qəzası:5 hərbçi həlak oldu - YENİLƏNİB
24 Noyabr 2026 20:22
ABŞ yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır
24 Noyabr 2026 17:48
"Ermənistan Konstitusiyasında Türkiyə ilə fikir ayrılığına səbəb olan ifadələr çıxarılıb"
24 Noyabr 2026 17:43
Netanyahu onun öldürüldüyünü açıqladı
24 Noyabr 2026 15:09
Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb
24 Noyabr 2026 14:42
Rəsmi Moskva iki rusiyalı diplomatın Kiprdən çıxarılması ilə bağlı xəbərləri təkzib edib
24 Noyabr 2026 09:55


Bakı -°C

