“Müdafiə sənayesi məhsullarının illik ixracatının 1 milyard dollara çatdırılması hədəflənir...”
“Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycanda müdafiə sənayesi qeyri-neft sektorunun aparıcı sahələrdən birinə çevrilməkdədir. 2025-ci ildə Azərbaycanda 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal edib və 20 ölkəyə ixrac reallaşıb. Bu o deməkdir ki, müdafiə sənayesi məhsulları artıq Azərbaycana valyuta gətirir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələr qurulan Azərbaycanda istehsal proseslərinin milli və beynəlxalq standartlara uyğunlaşdırılaraq keyfiyyətə nəzarət laboratoriyaları yaradılıb:
“Bu da ixrac imkanlarının genişlənməsinə şərait yaradır.Son 2 ildə Azərbaycan müdafiə sənayesinə 588 milyon dollar həcmində sərmayə qoyulub. Yaxın illərdə Azərbaycan müdafiə sənayesi məhsullarının illik ixracatının 1 milyard dollara çatdırılması hədəflənir. Hazırda dünya müdafiə sənayesinin həcmi 473 milyard dollar qiymətləndirilir. Tələbin artması səbəbindən bu rəqəmin 2030-cu ilədək 1 trilyon dollaradək yüksələcəyi gözlənilir. Bu isə o deməkdir, yaxın illərdə Azərbaycan müdafiə sənayesi qeyri-neft ixracatında əsas drayverlərdən birinə çevriləcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Fevral 2026 17:44
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
14 Fevral 2026 12:34
Marketlərin qiymət "oyunu"...
13 Fevral 2026 22:19
Beş min manatdan çox pensiya alanların...
13 Fevral 2026 12:44
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
13 Fevral 2026 12:30
Azərbaycanda elektron ticarətlə bağlı yeni qayda
13 Fevral 2026 12:21
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
13 Fevral 2026 10:17
“Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”
12 Fevral 2026 15:05


Bakı -°C

