adalet.az header logo
  • Bakı -°C
15 Yanvar 2026 12:07
69
SİYASƏT
A- A+

“İran hökuməti əhali üzərində o qədər basqılar yaradır ki...”

“İranda baş verən hadisələrin iştirakçısı bir tərəf deyil ki, onu günahlandıraq. Burda həm İran hökumətinin daxilindən qaynaqlanan, həm də xaricdən qaynaqlanan problem var. Burda məzlum olan yalnız sadə kütlədir. Təbii ki, İranda baş verən hadisələrin bir neçə iştirakçısı var. Bunun birincisi İran hökumətinin özüdür. İranda əhalinin iqtisadi vəziyyəti ağırdır və bu da hadisələrə öz təsirini göstərdi. Əslində son 10-15 ildə demək olar ki, İranda təkrarlanan etirazlar görünməkdədir”.

Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. 

O, bildirib ki, bu, İran hökumətinin apardığı yarıtmaz, iqtisadi siyasətin nəticəsi olaraq ortaya çıxır:

“İkinci bir tərəfdən xarici təzyiqlərdir. Sankiyaların tətbiq edilməsi, İranın sıxışdırılması və sair. Üçüncü bir tərəfdən əhalinin rejimlə yola getmək istəməməsidir. Çünki İran hökuməti daxilində rejim əhali üzərində o qədər basqılar yaradır ki, bu da nəticə etibarı ilə insanların indiki rejimdən qopmasına səbəb olur. Digər istiqamət isə burda əhali arasında assimliyasiya prosesindən söhbət gedir. Yəni əhalinin demək olar ki, yarıdan çoxu Azərbaycan türkləridir və onlara İran konstitutsiyasının 15-ci maddəsinə əsasən dil hüququ verilməlidir. Bunu Mesud Pezaşkian da istəyirdi tətbiq etsin, amma onu etmədilər”. 

Politoloq deyib ki, digər bir tərəfdən isə İran daxilində  artıq SEPAH-ın nəzarətindən kənarda qalan və “Mossad”ın orda formalaşdırdığı qruplar var:

“Bunlar hamısı bu gün baş verən hadisələrə təsir edir. Təbii ki, ABŞ-nin təzyiqi, İsrailin 12 günlük müharibəsi və bir də İran hökumətinin özü burda önəm daşıyır. Yəni bütün bunlar hər birisi yığılanda bu cür sosial, iqtisadi, siyasi partlayışa səbəb olur ki, bu da artıq qarşısı alınmaz bir vəziyyətdir. Donald Tramp dedi ki, İranda insanlar öldürülərsə, biz müdaxilə edəcəyik. Amma burda bir məsələ var ki, onların sırf İran hökuməti, yoxsa təxribatçılar tərəfindən qətlə yetirilməsi hələ tam aydın deyil. İran hökuməti iddia edir ki, onları kənardan öyrədilmiş terrorçular öldürüb, ABŞ, İsrail və Avropa İttifaqı isə iddia edir ki, onları İran hökuməti özü öldürüb. Yəni burda məsələ hələ tam müəyyən deyil. Burda ABŞ-nin İranla bağlı planı tam olaraq açıqlanmır, amma görünənlər ondan ibarətdir ki, əgər hadisələr bu cür davam eləsə, ABŞ ora zərbə endirə bilər. Amma bir məsələ var ki, xarici təhdid olanda daxildə vəziyyət dəyişir və xarici təhdidlərin qarşısını almaq üçün cəmiyyət bir yerə yığılır. Ona görə düşünürəm ki, bu konsultasiya vəziyyəti olmasın deyə uzun müddət gözləyə bilərlər. Amm əgər bu cür davam edərsə, əhali, cəmiyyət parçalanarsa, sosial, dini, milli, irqi ayrı-seçkiliyə məruz qalacaqsa, bu da gələcəkdə vətəndaş müharibəsinə çevirə bilər ki, bu da kənar müdaxiləni qaçılmaz edə bilər”. 

Vasif ƏLİHÜSEYN