KÜSÜLÜ QALMAYİN... - ETİBAR ƏBİLOVDAN HEKAYƏ
Bu gün bir dostum öldü.
Küsülü idik.Özü də küsülülüyümüz adi şıltaqlıqdan olmuşdu.Arada belə küsülülüyümüz olurdu: 1 gün, 3, 5 gün, uzağı 1 ay. Sonra barışardıq.Küsülü qala bilmirdik. Küsəndə də bilirdik ki, uzağı 1 aya barışacağıq.
Bu dəfə barışmağa imkanımız olmadı. Ölümü qəfil olub.Ürəyi tutub və bir an içərisində hər şey bitib... Biz ölümün haqq olduğunu, bir gün bu dünyadan köçəcəyimizi bilirik. Amma, ölümün nə qədər yaxında olduğu fikrini öz həyatımıza aid edə bilmirik. Bu haqda heç fikirləşmirik də. Fikirləşəndə də, fikrimizi bu ağır gerçəklikdən tez yayındırırıq. Bir də əcələ nəzarət eləmək mümkünsüzdür axı... Belə olacağını nə biləydim?... Nə qədər ağır olsa da, artıq olan olub. Dostum məndən küsülü getdi...
...Onunla bağlı bir xatirə yadıma düşür. Bir dəfə, növbəti küsülülüyümüzdən sonra barışanda və bu barışığımızı çay süfrəsi arxasında qeyd edəndə, dostum mənə:
-Mən səndən küsülü ölsəm, bu küsülülüyə görə ruhum, o dünyada əzab çəkər- demişdi.
Mən dostumu yaxşı tanıyırdım... Dostum da,mən də insan ruhunun ölməzliyinə həmişə inanmışıq. Dostumun ruhunun bu küsülülüyə görə əzab çəkdiyini mən artıq ruhən hiss edirəm.
Elə mən də, nə qədər ömrüm var,qalan bütün ömrümü bu yersiz şıltaqlığımın, səbəbsiz küsülülüyümün,bu səbəbdən də dostumun məndən küsülü olaraq öldüyünün əzabını çəkəcəyəm.
19 yanvar 2026.
NEFTÇALA.
Digər Xəbərlər
27 Avqust 2026 13:35
ŞAH İSMAYIL DEYİB Kİ…
26 Avqust 2026 13:26
Metamodernizm: postmodernizmdən sonra - Əli Şirin Şükürlü yazır
26 Avqust 2026 12:07
Həzi Həsənlinin ŞEİRLƏRİ
26 Avqust 2026 12:05
SEVGİ VƏ İNSANIN ƏBƏDİYYƏT ARZUSU
26 Avqust 2026 12:04
EDƏMƏM TƏRK, FÜZULİ...
26 Avqust 2026 12:02
İNSAN YAXŞILIĞI CƏNNƏT ÜÇÜN ETMƏLİDİR, YOXSA YAXŞILIQ ÖZÜ CƏNNƏTDİR?
25 Avqust 2026 10:43
Doğma torpaqda yeni həyat: Xocalı sakini Mürvət Məmmədovun qayıdış hekayəsi
25 Avqust 2026 10:09


Bakı -°C

