Mənzil təmir edənlərdən şikayət
Yeni mənzil alan hər bir insan istər- istəməz əsaslı təmir işləri aparır. Buna görə də, heç kimi qınamaq da olamaz. Çünki bu onun hala haqqıdır. Təbii ki, ev təmir edliləndə mənzil sahibi mövcud qanunlara əməl etməyə borcludur.
Yeni mənzil təmir edilərkən vaxt rejiminə riayət edilməlidir.Yəni həftənin birinci günündən beşinci günə kimi, səhər saat doqquzdan , axşam saat yeddiyə, səkkizə kimi təmir işlərini aparmaq mümkündür. Qanun belə deyir ,ha! Şənbə və bazar günləri isə səs-küy yaradan işlər görməklə sakinləri narahat etmək olmaz. Buna görə, İnzibati Xətalar Məcəlləsində və Mənzil Haqqında Qanunda təmir işləri görən insanların məsuliyyəti nəzərdə tutulub.
Ona görə də birmənalı olaraq təmir işləri aparan sakinlər bu qanuna əməl etməlidir! Çox təəssüf ki, qanunu pozan sakin də var, təmir işlərinə maneçilik yaradan adamlar da! Məsələn, bir evini təmir etdirərkən döşəməyə lak vurur, qonşu ondan şikayət edir ki, lakın qoxusu məni narahat edir. Evin qapısı, pəncərəsi bağlı olduğu halda, bu qoxu onun evinə necə gedir? Vallah, bu, bəhanədən və paxıllıqdan başqa bir şey deyil.
Bu, Krılovun " Qurd və quzu" hekayəsini yadımıza salır. Bax, belə evinizi təmir edəndə qanuna əməl edən və paxıl adamların dedi- qoxusuna məhəl qoymayın!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
31 May 2026 12:00
ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib
30 May 2026 07:58
Leyla Əliyevanın övladları ilə yeni görüntüləri - VİDEO
29 May 2026 13:50
DİN-dən velosiped və skuter sürücülərinə xəbərdarlıq
28 May 2026 17:32
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib
28 May 2026 17:01
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub - FOTOLAR + YENİLƏNİB
28 May 2026 16:27
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
28 May 2026 15:30
"Mənim qızımı niyə gətirməmisən, görərdim" - Ağbirçəklə Prezidentin səmimi dialoqu + YENİLƏNİB
28 May 2026 13:41


Bakı -°C

