“Paşinyan referendumda dəyişiklik edib prezidentlik postunu önə çəkəcək” - Politoloq
Ermənistanda konstitusiya dəyişiklikləri gündəmdədir. Bu il ölkədə konstitusiya üzrə referendumun keçirilməsi gözlənilir.
Bəs görəsən, Nikol Paşinyanın prezident postunu tutma ehtimalı varmı?
Mövzunu Adalet.az-a şərh edən politoloq Samir Hümbətov bildirdi ki, Ermənistanda bu referendumda təkcə Qarabağ məsələsi deyil, bir sıra dəyişikliklər edəcəklər:
“Böyük ehtimalla Nikol Paşinyan ikinci beş ilini tamam etməyə yaxınlaşdığı üçün ona görə də referendumda dəyişiklik edib prezidentlik postunu önə çəkəcək. Yəni artıq baş nazir idarəetməsindən prezident idarəetməsinə keçid edə bilər. Ondan sonra o, cəmiyyətin onu dəstəklədiyinə tam əmin olandan sonra prezident postu uğrunda mübarizə apara bilər. Bu ehtimal daha çox görünür. Çünki Paşinyanın bütün addımları daha çox ona hesablanır. Düşünürəm ki, referendumda bu maddə əlavə edilərsə, buna heç də təəccüblənmək lazım deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Noyabr 2026 22:44
Azərbaycan səfiri Binəli Yıldırımla görüşdü
05 Noyabr 2026 18:44
Sahibə Qafarova Qazaxıstana səfər edib - FOTOLAR
05 Noyabr 2026 18:39
Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
05 Noyabr 2026 16:00
Prezident bu media nümayəndələrini təltif etdi
05 Noyabr 2026 13:28
Deputat yaşa görə müavinətin artırılması təklif etdi - Nazir cavablandırdı
05 Noyabr 2026 13:13
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir - YENİLƏNİB
05 Noyabr 2026 10:35
"Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" - Prezident
05 Noyabr 2026 10:30


Bakı -°C

