“Məktəblərdə psixoloji xidmətlər formal xarakter daşıyır...” – Zeynəb Əyyubova
“Son vaxtlar məktəblərdə və yeniyetmələr arasında baş verən zorakılıq halları təsadüfi deyil. Müəllimin güllələnməsi, şagirdlərin birləşərək sinif yoldaşını döyməsi və ya azyaşlının bıçaqlanması – bunlar ayrı-ayrı hadisələr yox, eyni problemin fərqli formalarıdır. Bu hadisələr bizə göstərir ki, uşaqların və yeniyetmələrin emosional vəziyyəti uzun müddətdir nəzarətsiz qalıb”.
Bunu Adalet.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.
Psixoloq bildirib ki, cəmiyyətdə hələ də belə bir yanaşma var ki, uşaq sakit olmalıdır, sözə baxmalıdır, hisslərini ifadə etməməlidir:
“Amma emosiyalar ifadə olunmayanda yox olmur, yığılır. Vaxtında dinlənilməyən, başa düşülməyən uşaq bir müddət sonra qəzəbini aqressiya ilə göstərir. Şiddət burada səbəb deyil, nəticədir. Məktəblərdə psixoloji xidmətlər formal xarakter daşıyır. Psixoloq yalnız problem böyüyəndə xatırlanır. Halbuki aqressiv davranış ilk dəfə ortaya çıxanda bu artıq bir siqnaldır və müdaxilə olunmalıdır. Biz çox vaxt “uşaqdır, keçər” deyirik, amma keçmir, dərinləşir”.
Z.Əyyubovanın sözlərinə görə, digər tərəfdən ailə–məktəb–uşaq arasında ciddi boşluq var:
“Valideyn məsuliyyəti məktəbin üzərinə atır, məktəb ailədən çəkinir, nəticədə uşaq tək qalır. Evdə zorakılıq görən, küçədə aqressiya müşahidə edən, sosial mediada şiddəti normallaşmış şəkildə izləyən uşaq bunu problem həlli yolu kimi qəbul edir. Bu cür ağır hadisələrdə yalnız günahkar axtarmaq problemi həll etmir. Burada sistemli yanaşmaya ehtiyac var. Məktəblərdə emosional savadlılıq artırılmalı, uşaqlara hisslərini tanımaq və ifadə etmək öyrədilməlidir. Aqressiv uşaq “pis uşaq” kimi yox, köməyə ehtiyacı olan uşaq kimi görülməlidir. Əgər biz bu gün bu siqnalları ciddiyə almasaq, sabah daha ağır nəticələrlə qarşılaşacağıq. Problemi ört-basdır etmək yox, vaxtında görmək və müdaxilə etmək əsas məsələdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Mart 2026 17:46
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57
İndiyə qədər azad olunmuş ərazilərin bərpasına 25,5 milyard manat ayrılıb
13 Mart 2026 11:12
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır
12 Mart 2026 19:48
Polis həmişə olduğu kimi dövləti və xalqı qoruyur...
12 Mart 2026 13:31


Bakı -°C

