Evlər bir -birinin beş addımlığında tikilib...
Sovet dönəminin bəzi yaxşı qayda -qanunları vardı. Məsələn , yüksək mərtəbəli binalar inşa ediləndə təhlükəsizlik və arxitektura qaydalarına əməl olunurdu! O vaxtlar ən çox tikilən binalar doqquzmərtəbəli evlər idi. Onların da arasında məsafə ən azından 100- 150 metr olardı. Təbii ki, bu da zəlzələyə görə hesablanmışdı.
Əgər güclü zəlzələ olardısa, binalar aşardısa, heç vaxt bir bina başqasını üzərinə düşməzdi. Bakıda əksər yerlərdə beş və doqquz mərtəbəli binalar tikilərdi. Ən yaxşı halda paytaxtda 2-3 yerdə 16 mərtəbəli binalar vardı.Ona görə də 2000- ci ildə Bakıda zəlzələ olanda bir bina belə uçmadı. Amma indi Bakıda heç bir tələblərə və təhlükəsizlik qaydalarına əməl etmədən 16, 20, 30 və daha yüksək mərtəbəli binalar inşa edilir. Hətta Yeni və Köhnə Günəşli kimi sürüşkən zonalarda 16 -ı mərtəbəli binalar tikilir. Xüsusilə də, Yeni Günəşlidə. Bu gün adını çəkdiyimiz həmin yaşayış yerlərində 6-7 yerdə 16 mərtəbəli binalar sürətlə tikilməkdədir.
Aidiyyəti dövlət qurumları isə buna göz yumurlar. Çünki hər bir qurum həmin o tikinti şirkətlərindən öz " şirinliyini" alıblar. Yenin Yasamalda Şərur MTK-nın tikdiyi 16- ı və daha yüksək mərtəbəli binalar şəhərin arxitekturasına xələl gətirir və burda heç təhlükəsizlik qaydalarına əməl edilməyib. Belə ki, binalar bir- birinin " ağzının içində" tikilib.Və əksər binaya gün işığı düşmür! Allah eləməmiş, möhkəm zəlzələ olsa, bir bina o birisinin üzərinə aşacaq və nə qədər ölüm - itim ola bilər. Vaxtı ilə İstanbulda neçə ki, möhkəm zəlzələ oldu və nə qədər insan həlak oldu. Sonradan məlum oldu ki, o binalar keyfiyyətsiz tikilib və təhlükəsizlik qaydalarına əməl olunmayıb.
Bir neçə tikinti şirkətlərinin rəhbərləri isə həbs edildi. Amma nə fayda , ölən, öldü və binalar da dağıldı. Bax indi Bakıda belə bir vəziyyət yaranıb. Heç bir memarlıq və şəhərsalma qaydalarına əməl edilmədən yağışdan sonra ki, göbələk kimi , yüksək mərtəbəli evlər tikilir, memarlıq və təhlükəsizlik qaydaları pozulur . Aidiyyəti dövlət qurumları isə susurlar. Niyə?
Emil FAİQOĞLU


Bakı -°C

