adalet.az header logo
  • Bakı -°C
11 Fevral 2026 15:52
62
GÜNDƏM
A- A+

“Əli Kərimli bu prosesdən xəbərsiz deyildi...”

“İşi bilən edir. Az bilən məsləhət verir. Bilməyən tənqid edir. Edə bilməyən ləkə yaxır. Bu ifadələrin müəllifi Sokratdır. Bu fikirlər indiki zamanda da keçərlidir və məncə, istənilən zaman üçün də keçərli olacaq. Ölkə daxilində işi bilənlər, məsləhət verənlər, tənqid edənlər və ləkə yaxanların kimlər olduğu hamıya məlumdur. Ölkə xaricində isə maraqlı qüvvələr bunu hesablayır. Bəs niyə əvvəllər məsləhət verənlərə dəstək göstərilirdi, daha sonra siyasi şəraitə uyğun olaraq tənqidçilərə, indi isə ləkə yaxanlara üstünlük verilir?Səbəb aydındır. Çünki hakimiyyəti idarə edənlərin idarəetmə metodu, yüksəliş və inkişaf xəttinə uyğun olaraq, əks metodlardan istifadəni olunur”. 

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

O, bildirib ki, idarəetmə prosesi dünyada baş verən hadisələrə, qlobal siyasətdə qəbul edilən qərarların miqyasına, həmçinin siyasətdə yaranan tələblərin və təhlükələrin səviyyəsinə uyğun şəkildə aparılır:
“Hakimiyyəti idarə edənlər gücləndikcə, qarşı tərəf kiçilməyə doğru gedir. Məsləhət verən siyasi qurumlar zamanla tənqid mərhələsinə keçir. Sonda isə, əlləri hər yerdən üzüləndə, ləkə, şər, böhtan, qərəz, aqressiya və düşmənçilik təbii şəkildə meydana çıxır. Çünki tərəf olaraq bu tip strukturlar idarə edənlər deyil, idarə olunanlar kateqoriyasına aiddir. Onlar verilən tapşırıqlara uyğun davranış modeli formalaşdırır və siyasi fəaliyyət proqramlarını bu çərçivədə həyata keçirirlər”. 

R.Hüseynov oxuculara müraciət edərək deyib  ki, dəyərli soydaşlar, əziz dostlar, sizdən xahişim budur: yazını oxuya-oxuya, keçmişdə dəfələrlə qeyd etdiyim siyasi tiplərin davranış xronologiyalarını yadınıza salın:

“Hakimiyyəti idarə edənlər gücləndikcə, tənqidçilərin həm məsləhət, həm də tənqid üçün açıq və gizli imkanları daralır və nəticədə ləkə kampaniyasına başlanılır. Son yaxın keçmişdə biz bunun açıq şahidi olmuşuq: ləkə, böhtan, söyüş, dövlətə düşmənçilik, eləcə də əxlaqa və mental dəyərlərə zidd, qanacaqsız qarayaxmanın ən çirkli formaları işə salınıb. Lakin bir şeyi unudurlar.
Hakimiyyətimiz güclüdür, dövlətimiz güclüdür, xalqımız güclüdür. Xalqımız müdrikliyi seçdi, doğrunu seçdi, həqiqəti seçdi. Doğrular və həqiqətlər isə tarix boyu həmişə qalib gəlib. Taleyiniz bəllidir. Məsləhət vermək iddiasından hansı səviyyəyə düşdüyünüz artıq göz önündədir. Heç olmasa bir dəfə kənara çəkilib, kiminsə dediyi ilə oturmadan arxanıza baxın və görün özünüzü nə hala salmısınız. Sizin artıq özünüzdən xəbəriniz yoxdur. Yoxsunuz, bitmisiniz, tükənmisiniz və siyasi olaraq olmayacaqsınız. Xidmət etdiyiniz maraqların quluna çevrilmisiniz. Hakimiyyət hərisliyiniz sizi xəyanətə qədər aparıb çıxardı. Əli Kərimli sanki tutulacağını öncədən bilirdi. Ramiz Mehdiyevlə bağlı proses isə çoxdan başlamışdı və Əli Kərimli bu prosesdən xəbərsiz deyildi. Özünün orada bu və ya digər formada iştirakını bildiyi üçün, həbsdən əvvəl özünü psixoloji olaraq buna hazırlayırdı. Onun çıxışlarına diqqətlə baxan hər kəs bunu görə bilər. Psixoloji durumu, mimikaları belə bu vəziyyəti açıq şəkildə ifadə edirdi. Xaricə səfərlər oyunu, xarici pasport ətrafında aparılan manipulyasiyalar da məhz bu səbəbdən idi. Dövlətimizin, ordumuzun, vətənimizin və Ali Baş Komandanın ətrafında birləşən mütləq çoxluğun içində siz zərrə qədər də görünmürsünüz. Özünüzü toparlayın və asılılığınızı kənara qoyun əgər bacarırsınızsa. Əgər etdiklərinizə görə xalqdan bağışlanma istəmək niyyətiniz varsa, bunu açıq edin. Amma reallıq budur ki, siz tükənmisiniz, sönmüsünüz, solmusunuz. Özünüz də satqınlar bazarında dolaşan, hər zaman eyni tipdən olan fiqura çevrilmisiniz və belə bir tipdən gələcək üçün heç nə çıxmaz. Heç olmasa, gələcəyinizə yazığınız gəlsin. Siyasi fəaliyyətiniz bitib. Normal həyat sürməyə çalışın, qalan nüfuzunuzu və şəxsi həyatınızı qorumağa cəhd edin”.

Vasif