Allaha şərik qoşmayan...
Hər bir insan öncə Allaha inanmalı və ondan kömək istəməlidir. " Quranı - Kərim" də buyurulur ki, Allaha şərik qoşmaq böyük günahlardandır.Müqəddəs kitabın " Fatihə " surəsinin beşinci ayəsində buyurulur;" Yalnız mənə ibadət edin və yalnız məndən kömək istəyin".
Amma çoxumuz Allahdan yox , peyğəmbərdən, imamdan, seyiddən və başqa insanlardan kömək istəyirik.Ziyarətgahlara gedib, oranı ağlaya- ağlaya ziyarət edir, sonra da ordan kömək diləyirik.Hələ üstəlik, nəzir - niyaz aparır , qurbanlıq kəsir və özümüzə , əzizlərimizə şəfa istəyirik.
Biz həmişə insanların inançına hörmətlə yanaşmışıq , bu gün də hörmətlə yanaşırıq. Və biz də o ocaqlara gedib ziyarət eləmişik, ancaq ordan kömək ummamışıq. Elə o ocaqda Allahdan kömək istəmişik və qurban olduğum Yaradan da bizi heç vaxt darda qoymayıb, çətin vəziyyətdən çıxarıb! Çünki Allahdan başqa insana heç kəs kömək edə bilməz! Biz tərəfdə insanlar yola çıxanda, səfərə gedəndə deyirlər:" Allah, Məhəmməd , ya Əli." Artıq bu Allaha şərik qoşmaqdı.
Yenə bir çoxları yalvarır:" Ya Həzrəti Abbas mənə kömək ol!" Bax ,belə olanda yenə Allaha şərik qoşuruq! Və bizim- insanların bir kömək yerə var:Allah! Qoy Ulu Tanrı xalqımıza və bizə həmişə kömək olsun!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
03 Oktyabr 2026 20:25
Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?
03 Oktyabr 2026 11:31
Bu ərazimizə qar yağdı: 10 santimetr
02 Oktyabr 2026 17:47
Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb
02 Oktyabr 2026 16:41
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
02 Oktyabr 2026 13:54
"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" - Şəhidin həyat yoldaşı
02 Oktyabr 2026 13:21
“Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq
02 Oktyabr 2026 12:22
"Nicat və ailəsinin şiddətinə məruz qaldım, körpəmi bətnimdə itirdim" - Xanımından ağır ittihamlar
02 Oktyabr 2026 11:52


Bakı -°C

