adalet.az header logo
  • Bakı -°C
16 Fevral 2026 11:45
75
GÜNDƏM
A- A+

Nahid Bağırov Yaponiyada rəsmi səfərdə olub - FOTOLAR

İsmayıllı Rayonunun İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırov, İsmayıllı şəhəri ilə qardaşlıq münasibətləri olan Yaponiyanın Şizuoka prefekturasının İto şəhərinin dəvəti əsasında Yaponiyada rəsmi səfərdə olmuşdur.

Adalet.az xəbər verir ki, 2026-cı ilin 9–13 fevral tarixlərində Azərbaycan Respublikasının İsmayıllı Rayonunun İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırov, İsmayıllı şəhəri ilə qardaşlıq münasibətləri olan Yaponiyanın Şizuoka prefekturasının İto şəhərinin dəvəti əsasında Yaponiyada rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində 11–12 fevral tarixlərində icra başçısı Nahid Bağırov Azərbaycan Respublikasının Yaponiyadakı Səfiri Fərid Talıbovun müşayiəti ilə İto şəhərinə səfər etmiş, burada İto şəhərinin meri Kazuya Suqimoto tərəfindən yüksək səviyyədə və səmimi qonaqpərvərliklə qəbul olunmuşdur.

Görüş zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri, İsmayıllı rayonu ilə İto şəhəri arasında formalaşmış uzunmüddətli qardaşlaşma əlaqələrinin tarixi, əvvəlki dövrlərdə həyata keçirilmiş birgə layihələr və bu münasibətlərin gələcəkdə daha da dərinləşdirilməsi imkanları ətrafında geniş və ətraflı fikir mübadiləsi aparılmışdır. Xüsusilə regionlararası əməkdaşlıq çərçivəsində iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.

Müzakirə edilmiş əsas məsələlərdən biri İto şəhəri ilə İsmayıllı rayonu arasında 2014–2020-ci illərdə uğurla həyata keçirilmiş qarşılıqlı şagird və müəllim qonaqlama (homestay) və mübadilə proqramlarının bərpa olunması olmuşdur. Bildirilmişdir ki, pandemiya dövründə müvəqqəti olaraq dayandırılmış bu proqramlar gənclər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, mədəniyyətlərin tanıdılması və uzunmüddətli humanitar əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.

İsmayıllı rayonu ilə İto şəhəri arasında əməkdaşlığın əsası 2009-cu ildə İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında salınmış “Yapon bağı” layihəsi ilə qoyulmuş, bu təşəbbüs iki region arasında qarşılıqlı etimadın və mədəni yaxınlığın rəmzinə çevrilmişdir. 2013-cü ildə isə İto şəhərində imzalanmış rəsmi sənəd Azərbaycan və Yaponiya regionları arasında ilk rəsmi “qardaşlaşma” sazişi kimi tarixə düşmüşdür.