Vardanyanı həbs etməsəydik, Paşinyanı devirmək üçün... – Politoloq
“Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək. Simonyan sadəcə bu açıqlama ilə erməni ictimaiyyətinə mesaj göndərir ki, Ermənistan hökuməti guya erməni məhbusların azad olunması işində dayanmadan çalışır. Halbuki, Ruben Vardanyan kimi caninin sərbəst buraxılması başda baş nazir Nikol Paşinyan və elə Alen Simonyan olmaqla Ermənistan hakimiyyətinin problemlərini artırardı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, bir anlığa təsəvvür edək ki, Ruben Vardanyan hansısa yolla Qarabağdan Ermənistana qaçmağa müvəffəq olur:
“Bu halda İrəvanda peyda olan oliqarx erməni Rusiyanın da dəstəyi ilə Nikol Paşinyanın devrilməsi və Ermənistanda daxili gərginliyin artırılması üçün milyardlarını xərcləyəcəkdi. Yəni Vardanyanı biz həbs etməsəydik, onu bir müddət sonra İrəvanda Paşinyan həbs etmək məcburiyyətində qalacaqdı. Bu isə parlament seçkisi öncəsində həmin oliqarxın tərəfdarlarının Paşinyana təzyiqi ilə müşahidə olunacaqdı. Ona görə də Alen Simonyan açıqlamasında səmimi deyil. O və onun lideri Ruben Vardanyanın məhz Azərbaycanda məhbus həyatını davam etdirməsində maraqlıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 11:15
“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41
"Bir-birimizin yanında olmağa davam edəcəyik" - İlham Əliyev
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05


Bakı -°C

