“Əgər danışıqlarla həll məsələsinə ehtimal olsa idi...”
“Faktiki olaraq prezident Pezeşkiyan tədricən proseslərdən uzaqlaşdırılır, təcrid edilir. İranın siyasi-dini liderinin fars Laricaniyə əsas səlahiyyətləri dövr etməsi rejimin daha etibarlı əldə müdafiə olunmasını hədəfləsə də əslində hakimiyyətdaxili parçalanmanı sürətləndirə bilər. Ölkəyə hərbi müdaxilə zamanı siyasi-dini lider həyatını qorumaq üçün "qeyb"ə çəkilə bilər ki, həmin "qeyb" dövründə də dövləti de-fakto Laricani idarə edəcək”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
O, bildirib ki, mövcud ideologiyaya görə bu mümkündür:
“Ola bilsin siyasi - dini lideri gizlədərək "şəhadətini" elan edib İraq, Livan, Yəmən kimi bölgələrdəki təəssübkeşlərinə psixoloji təsir göstərərək fədai qrupların yaradılmasına da cəhd olunacaq.Hazırda İraqın İran əsilli siyasi - dini liderlərindən olan Sistaninin cihad fətvası vermək barədə bəyanatı da məhz buna işarədir. Fətva anaonsu müsəlmanların həyatının və ya maraqlarının qorunması ilə bağlı yox, məhz rejimin, həmçinin liderin müdafiəsi naminədir. Türk əsilli prezidentin səlahiyyətlərini məhdudlaşdırıb dövləti farsa dövr etmək əslində bir çox gizlədilən həqiqətləri ortaya çıxaracaq. Demək, artıq İran inanıb ki, müharibə qaçılmazdır. Əgər danışıqlarla həll məsələsinə ehtimal olsa idi Prezidentin bəzi səlahiyyətləri artırıla bilərdi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Avqust 2026 16:03
“Türkiyə ilə münasibətlərdə gərginliyin artmasında maraqlı deyilik" - İsrail XİN
23 Avqust 2026 13:35
Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev
23 Avqust 2026 12:00
Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edildi - VİDEO
23 Avqust 2026 10:44
İran həmin region ölkələrini hədələdi
23 Avqust 2026 09:10
Kamçatkada həmin turistlərə görə fövqəladə vəziyyət elan edildi
22 Avqust 2026 17:37
Zelenski amerikalı generalla görüşdü - “Onları almağa hazırıq”
22 Avqust 2026 17:11
Türkiyədə “Süleymançılar” təriqəti ilə bağlı həbslər davam edir - Daha 12 nəfər saxlanıldı
22 Avqust 2026 17:04


Bakı -°C

