“Naxçıvan aeroportunun vurulmasını əks etdirən kadrlar yayılan kimi...”
“Qarışıq vaxtı ölkəsində fitnə çıxaranlardan olmayın, Allahın lənətinə və qəzəbinə gələrsiniz! İsrail və ABŞ neçə vaxtdır hər şeyi edir və edəcək ki, Azərbaycan və Türkiyədə İrana, İranda isə Azərbaycan və Türkiyəyə qarşı ictimai qəzəb və nifrət yaratsın! Hazırda İrandakı 3 əsas etnosdan biri olan kürdləri ayağa qaldırıblar, növbəti cəhd isə türkləri ayağa qaldırmaq olacaq”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
O, bildirib ki, bunun üçün də həm Türkiyə, həm də Azərbaycan ictimai rəyini coşdurmağa, ictimai qəzəb və nifrət yaratmağa çalışırlar:
“Dünən Prezidentin İran səfirliyinə getməsi bu planın önünü kəsməyə hesablanmışdı. Açıq görünür ki, bu, kimlərisə ciddi narahat edib! Diqqət yetirin: Naxçıvan aeroportunun vurulmasını əks etdirən kadrlar yayılan kimi, hər hansı rəsmi açıqlama və aydınlıq gətirilməsini gözləmədən, ABŞ-İsrail şəbəkəsi dərhal NATO qoşunlarının ölkəmizə gətirilməsi ideyasını ortaya ataraq, sadəlövh insanların emosiyalarıyla oynayırlar! Unutmayın: indi ən böyük və real cəbhə, döyüş meydanı sosial şəbəkələrdir! Müharibə, ilk növbədə, burada və beyinlər uğrunda aparılır! Beyninizi düşmən əlinə verməyin! Yəqin ki, məsələ tezliklə aydınlaşacaq!Allah ölkəmizi, xalqımızı fitnədən, fitnəkarlardan qorusun!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Mart 2026 14:56
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
05 Mart 2026 14:51
"Təxribat cəhdlərinə son qoyun!" - YAP-dan İranın Naxçıvana hücumuna reaksiya
05 Mart 2026 14:49
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
05 Mart 2026 14:12
Ceyhun Bayramov İranın Azərbaycana dron hücumlarından danışdı
05 Mart 2026 13:55
Sülh müqaviləsinin imzalanma tarixi məlum deyil - Paşinyan
05 Mart 2026 13:41
“Xudafərində qarşımızı kəsənləri...” – Politoloq
05 Mart 2026 13:34
“Müharibə tez ya gec bitəcək, İran məğlub olacaq, amma...”
05 Mart 2026 13:08


Bakı -°C

